"Mobiloqrafiya"
foto müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Müasir İncəsənət Mərkəzində
"Mobiloqrafiya" Foto Həvəskarlarının I
İnternet Müsabiqəsinin nəticələrilə
bağlı sərgi və iştirakçıların
mükafatlandırılması mərasimi keçirilib. "Azərfoto" agentliyi tərəfindən təşkil
olunan müsabiqənin
keçirilməsində əsas
məqsəd Azərbaycanda
istedadlı foto həvəskarlarını aşkara
çıxarmaq olub. Müsabiqəyə 2006-cı
il dekabrın 1-də start verilib.
25 yanvar 2007-ci ildə
başa çatan müsabiqəyə 47 internet
istifadəçisi 400-dən
artıq iş təqdim edib. Jüridə Mədəniyyət
və Turizm Nazirliyinin sektor müdiri Rafiq Qənbərov, Fotoqraflar Birliyinin nümayəndəsi
Əsmər Nərimanbəyova,
Rəssamlar İttifaqının
üzvü Fərid Məmmədov və digərləri təmsil olunublar. Onların ümumi rəyinə əsasən, Elşən
Vəlicanov "Gün
keçdi" fotosu ilə birinci yerə layiq görülüb. Müsabiqədə
II yeri Tərlan Novruzov "Cakuzi", Elşən Şikarlı
"Qürubu gözləyənlər",
III yeri isə İlkin Kəngərli
"Ayrılmaz dostlar"
fotosu ilə tutub. Fərid Babazadə "Bizi birləşdirən səma"
fotosuna görə həvəsləndirici mükafata
sahib çıxıb.
525-ci qəzet.-2007.-1 fevral.-S.7.