Azərbaycan heykəltəraşlığına bir nəzər

 

Heykəltəraşlarımız niyə Babək mövzusuna müraciət etmirlər?

 

Qəzetimizin ötən saylarında Rəssamlar İttifaqının 65 illik yubileyinə həsr olunmuş kitab-kataloq əsasında rəngkarlıq qrafika əsərləri təhlil olunmuşdu. Bugünkü yazımızda isə heykəltəşarlıq bölümündəki əsərləri təhlil edəcəyik. Adətən bəziləri hesab edir ki, heykəl qədər böyük olursa, o qədər möhtəşəm görünür. Zahiri görünüş baxımından bu, hər halda müəyyən təəssürat yaratsa da, əslində heykəltəraşlıq əsərinin möhtəşəmliyi onun böyüklüyü, ya balacalığında deyil; əsas məsələ əsərin mahiyyəti dərəcədə ifadə etməsindədir. Bu mənada Rodenin məşhur "Mütəfəkkir" əsərini xatırlamaq yetər.

Azərbaycan heykəltəraşlığının tanınmış nümayəndələri olub. Bu gün Bakımızın park meydanlarını bəzəyən əksər heykəllər bizə sovet dövründən yadigar qalıb. Hər halda artıq müstəqilliyinin 16- ilini yaşayan Azərbaycanın xüsusən Bakının gözəgəlimli yerlərində sovet dövründən qalmış bəzi heykəllərlə bağlı qəti qənaəti olmalıdır. Buna misal olaraq "26-lar"la bağlı heykəllər haqqında danışmaq gərəkdir. Tibb Universitetinin qarşısından hələ neçə illər qabaq Fioletovun heykəli götürüldüyü halda, şəhərin başqa yerindəki Caparidzenin heykəli yenə qalır. Bu il soydaşlarımız 20 Yanvar şəhidlərini ziyarət etməyə gedərkən kollektiv şəkildə toplaşmaq məkanı kimi Əzizbəyovun heykəlinin ətrafını seçmişdilər. Məhz buradan minlərlə soydaşımız addım-addım xiyabana doğru yol alırdı. Bir yandan da hamının başı üstündə Əzizbəyovun möhtəşəm heykəli ucalırdı. Qəribə porodoksdur, deyilmi?

İndi isə kitab-kataloqdakı əsərələrə diqqət yetirək. Cavanşir Dadaşovun bürüncdən hazırlanmış "Xeyir Şər" adlı əsəri bu bölümün ilk əsəridir. Əsərdə Xeyir obrazı günəş rəmzini andıran ilahə tək təsvir olunub. Şər obrazı isə çoxəlli, başı-ayağı bilinməyən, həmçinin Xeyirin artıq canına-qanına yeriyən bir biçimdə təsvir edilib. Əgər müəllif Xeyirin təməlində şər görürsə, bu, əslində dünyanı bütünlüklə Şərdən ibarət hesab etməkdir. Əslində dünyanın Xeyir adlı mayası Şərsizdir. Əks təqdirdə dünya çoxdan məhv olardı. Ümumiyyətlə, yaradıcı insanlarımızın bu tipli fəlsəfi mövzularda əsərlər yaradarkən onları adlandırarkən son dərəcə diqqətli olmaları vacibdir. Unutmaq lazım deyil ki, incəsənətin bu tipli populyar janrlarında yaradılan əsərləri tamaşaçı rəmzi səviyyədə qəbul edir. O, belə olan halda duyğularında məhz təsvir olunanın obrazını, qənaətini yaşadır.

Toğrul Dadaşovun "Köç" (bürünc) əsərində rəmzi çalarlar var. Xanlar Əhmədovun "Payız"ında (bürünc, mərmər) demək olar, çılpaq qadın yarıoturmuş, dizinə dirsəyini dayamış vəziyyətdə təsvir olunub. İntibah dövrü rəssamlığında xüsusən qadın surətlərinin çılpaq çəkilməsi ənənəsi vardı. Bu, qətiyyən qadını aşağılamaq məqsədi daşımırdı; dövründə, zamanında əksilən, ləyaqəti tapdanan qadını ucalığa qaldırmaq istəyi ilə bağlı idi. Hər halda dövrümüzdə bundan sonra yaradılacaq əsərlərdə bu xəttin daha insani ilahi səviyyədə davamını görmək arzusundayıq. Hüseyn Haqverdiyevin "Çılpaq qadın" (bürünc) adlı əsərində yuxarıda haqqında danışdığımız məqamları görə bilmirik. Zakir Əhmədovun "Musiqiçilər" (bürünc) əsərində ruhun uçuşu təsvir olunub. Nağaraçalan, zurnaçı qarmonçu hər biri öz aləmindədir. Amma bu, gözəl bir harmoniyadır, ümid səsi olan musiqinin gözəl biçimini yaradır. Fəxrəddin Əliyevin "Analıq" (mərmər) adlı əsərində ana iki övladının biri-birlərinə sarılması təbii alınıb. Sanki bu, daş deyil, canlı, real görüntüdür. Obrazların real insani biçim görüntüləri dəqiq təəssürat yaratmasa da, tamaşaçının ağlına ilk çatan məhz ideyanın özü ondan alınan xəyali təəssüratdır.

Akif Əsgərovun "Muğam" (bürünc) adlı əsərində xanəndə qızın dəfi çiynində oxuması təsvir olunub. Arif Qazıyevin "Dəvəquşular" (bürünc) əsərində 3 dəvəquşunun qaçan vəziyyətdə təsviri dinamik bir təəssürat bağışlayır. Emin Quliyevin "Qoca" (bürünc) əsərində başı təsvir olunmuş qoca obrazı var. Onun baxışlarında həyata, dünyaya, yaşamağa inamlı, inadlı bir dirəniş var. Qocanın gözlərindəki heyrət sifətini işıqlandırır. Əsərin sarı fonda təqdimi yerindədir. İsa Məmmədxanovun "Məhəbbət himni"ndə (bürünc, qranit) iki sevən gəncin biri-birinə həsrətli qarşısıalınmaz duruşu təsvir olunub. Tokay Məmmədovun "Nizami Gəncəvi" (ağac) əsərində düşünən bir müdrik obraz - şair Nizami uzaqlara baxır. Səid Rüstəmin "Zəlzələ qurbanlarına həsr edilmiş xatirə kompleksi" (Bolu şəhəri, Türkiyə, beton, bürünc) açıq səma altındadır. Bir sal qayanı əlləri ayaqları ilə saxlamış kişi obrazı insanı zəlzələ qurbanlarını istər-istəməz xatırlamağa məcbur edir. Uçmaqda olan beton təbəqənin arxasından ucalan rəmzi budaq həyatın davam etdiyini göstərir. Fuad Salayevin "Cəngavərsiz döyüş atı" (bürünc) rəmzi çalarlarla, Telman Zeynalovun "Cəngavər" (gips) əsəri işıqla zəngindir.

 

Xalq cəbhəsi.-2007.-2 fevral.-S.15.