Fəxriyyə Xələfovanın kolleksiyası Türkiyədə

 

Türkiyədə 9-cu İstanbul Beynəlxalq Moda Sərgisinin açılış mərasimi keçirilib. Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib. Xəbərdə deyilir ki, beynəlxalq sərgidə Azərbaycanı tanınmış modelyer Fəxriyyə Xələfova təmsil edib. Toplantıda 15 ölkənin - ABŞ, Rusiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Misir, İran, Suriya Azərbaycanın modelyerləri iştirak ediblər. Tədbirin növbəti günü F.Xələfovanın kolleksiyası nümayiş etdirilib.

 

Kaspi.-2007.-21 fevral.-S.17.