İbrahimova S.

 

 

Moda qurumunun yaradılmasına böyük ehtiyac var

 

Fəxriyyə Xələfova dünya şöhrətli moda ustalarından birini Bakıya dəvət edəcək

 

Onun sözlərinə görə, artıq festivala hazırlıq işləri tamamlanmaq üzrədir və bu festivalda Qazaxıstanda keçirilən moda həftəsi üçün hazırladığı 2007-ci ilin yaz-yay kolleksiyasını nümayiş etdirəcək: "Kolleksiyaya əlavələr olunacaq. Bu, həm böyük bir sərgidir, həm də festivaldır. Türkiyədə indiyə kimi moda nümayişim təşkil olunmamışdı və belə bir dəvət aldığım üçün çox sevinirəm".

F.Xələfova onu da dedi ki, yaxın ayların birində dünyanın tanınmış moda ustalarından biri Bakıya gələcək və onunla birgə Azərbaycanda beynəlxalq festival layihəsi həyata keçiriləcək. O bildirdi ki, layihənin reallaşdırılmasında məqsəd Azərbaycan moda məktəbini dünyaya tanıtdırmaqdır".

F.Xələfovanın sözlərinə görə,  Azərbaycanda moda   qunımunun   yaradılmasına  böyük ehtiyac duyulur:

"Bu   gün   moda ustaları pərakəndə  şəkildə fəaliyyət göstərirlər və onları birləşdirən qurum yoxdur. Artıq ölkəmizdə iki universitetdə   moda fakültəsi    açılıb və  oranı  bitirən tələbələrin gələcəyini düşünməliyik".

Bu   layihənin ən bacarıqlı və yaxşı təşkilatçı tərəfinden reallaşdırılmasının vacibliyini vurğulayan F.Xələfova bunun böyük zəhmət tələb etdiyini söylədi. Eyni zamanda, əcnəbi modelyerlərin təcrübəsindən yararlanmağı da istisna etmədi.

Modelyer  xanım  ən böyük arzusunun Milan və Nyu-Yorkda şəxsi moda nümayişini təşkil etmək olduğunu da açıqladı. Gələcək illər üçün bu istiqamətdə layihə hazırlayan F.Xələfova hələlik geniş açıqlama vermədi.

 

Kaspi.- 2007.- 6 fevral.- S. 17.