"Alim" sənədli filminin təqdimatı keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
keçmiş SSRİ-nin
Dövlət mükafatı
laureatı, texnika elmləri doktoru, Azərbaycan Neft Akademiyasının avtomatik
idarəetmə sistemləri
kafedrasının müdiri,
ABŞ-ın Corciya, Almaniyanın Zigen, İranın Təbriz, Kiprin Yıldız universitetlərinin professoru
Rafiq Əziz oğlu Əliyev, dünya elmində ab hava yaradan,
dünyanın yüksək
elmi dairələrində
aparıcı alimlər
tərəfindən birmənalı
dəstəklənən bir
alimdir. Elə bunun nəticəsidir
ki, indi onun bir sıra
elmi nəzəriyyələri
dünyanın bir çox inkişaf etmiş ölkələrində
praktik tətbiqini tapmışdır. Təsadüfi
deyildir ki, alimin "ƏIi-1", "Əli-2",
"Əli-3" qeyri-səlis məntiq nəzəriyyələri
Rusiya Federasiyasının
raketqayırma sənayesində
geniş tətbiq olunur. Onlarca elmi-nəzəri kitabları ABŞ-ın, Almaniya, Fransa, İngiltərə, Yaponiya,
Sinqapur və Malayziyanın universitetlərində
dərslik kimi istifadə edilir.
Bütün bunlarm hamısı Möhbəddin Səmədin
ssenarisi əsasında
rejissor Oqtay Babazadənin "Kontakt-LTD"
şirkətində lentə
aldığı "Alim"
sənədli filmində
geniş əksini tapmışdır. 1994-çü ildən dünyanın onlarca ölkəsində lentə alınmış
bu dəyərli filmin bu günlərdə
"İbrus" teatrında
ilk təqdimat mərasimi
keçirilmişdir. Təqdimatda respublikanın
görkəmli elmi ədəbiyyat
və incəsənət
xadimləri iştirak
etmişlər.
Azərbaycan müəllimi.- 2007.- 9 fevral.- S. 8.