Sankt Peterburqda
Azərbaycan mədəniyyətilə bağlı tədbir
təşkil olunub
Rusiyanın Sankt-Peterburq şəhərindəki
baş konsulluğumuzun
təşkilatçılığı ilə vilayət
administrasiyasının nəzdində olan "Rektor
klubu"unda Azərbaycan ədəbiyyatına və
incəsənətinə həsr edilən tədbir
keçirilib. 200 nəfərin qatıldığı
tədbirdə Sankt-Peterburqda
yerləşən universitetlərin
rektorları, yazıçılar,
bəstəkarlar, rəssamlar ittifaqlarının
nümayəndələri, tanınmış politoloqlar,
jurnalistlər, qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak
ediblər. Tədbirin
əvvəlində ölkəmizin
Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və başqaları çıxış ediblər.
Bədii-musiqili hissədə Sankt-Peterburqda
yaşayan azərbaycanlı
sənətçi Sədi
Sədiyevin ifalarına
yer verilib. Nizami Gəncəvi və Məhəmməd Füzulinin həm Azərbaycan dilində, həm də mərhum şair V.Qafarovun tərcüməsində
rusca şeirləri səsləndirilib. Gecədə
böyük müğənni
Rəşid Behbudovun repertuarından götürülən
mahnılar da səsləndirilib. Konsertin
sonunda Sevil Əliyevanın akademik Zərifə Əliyevanın
xatirəsinə həsr
etdiyi "Ana" mahnısı ifa olunub.
525.ci qəzet.- 2007.- 13
fevral.- S.7.