Behbudqızı S.

 

İdeoloji diversiya şəraitində tarixi detektiv

Rüstəm İbrahimbəyov yeni filmi Rusiyadakı ictimai-siyasi vəziyyət barədə

 

Xalqların konqlomeratı

 

Xəbər vermişdik ki, Rüstəm İbrahimbəyova Rusiya kinematoqrafiyasında yeni hadisə ola biləcək "Aleksandr Nevski" filminin prodüserlərindən biri olmaq təklifi edilib. Sergey Eyzenşteynin klassik eposundan fərqli olaraq R.İbrahimbəyov İqor Kalenovun prodüserlik edəcəkləri yeni film knyaz Aleksandrın gəncliyindən, onun Neva üzərindəki ilk qələbəsindən sonra "Nevski" ləqəbini qazanmasından bəhs edəcək.
   Filmin ssenari müəllifi Vladimir Vardunas, quruluşçu rejissoru Aleksey Karelindir. Müəlliflər ekran əsərinin janrını tarixi detektiv kimi müəyyənləşdiriblər. Hazırda baş rolların ifaçılarının seçimi aparılır.
   Aleksandr Nevski bir tarixi fiqur olaraq taleyüklü qərarları ilə birlikdə hazırda son dərəcə aktual olan bir mövzunu ifadə edir - sanki Rusiya tarix boyu xalq millətlərin bir-birinə qaynayıb-qarışmasında böyük bir qazan rolunu oynayıb. Bu xalqlar elə qarışıblar ki, hətta Rusiyanın milli qəhrəmanları hesab edilənlərin damarlarından bir neçə millətin qanının axması artıq aksiomadır. Bu o dərəcədə şübhəsizdir ki, genetik saflığa qısqanclıqla yanaşan hər kəs xatırlamaq məcburiyyətində qalacaq ki, Puşkin ərəbdir, Qoqol - maloross, Lermontov müəyyən mənada şotland, ilk rus konservatoriyasının banisi Rubinşteyn Rusiya təbiətinin ən görkəmli fırça ustası Levitan - yəhudidir. "Rus tarixinin əfsanəsi Kuzma Minin isə xaç suyuna salınmış tatardır".
   Bunu "Rossiyskaya qazeta"ya müsahibəsində kinodramaturq, rejissor prodüser Rüstəm İbrahimbəyov xatırladıb tamaşaçıları əmin edib ki, onun filmində yalançı vətənpərvərlikdən əsər-əlamət olmayacaq".
   Təbii ki, söhbət əsnasında son zamanlar postsovet Rusiyasında millətlərarası münasibətlərin gərilmiş vəziyyətə çatması bu durumda mədəniyyət xadimlərinin rolu mövzusundan yan ötmək mümkün olmayıb. Sovet dönəmində "xalqlar dostluğu" anlayışının gerçəkliklə heç bir əlaqəsi olmaması, bunun təbliğat maşınının uydurması, sovet mifindən başqa qeyri bir səciyyəyə uyğun gəlməsi fikrinə R.İbrahimbəyovun münasibəti belə olub: "Sovet dəyərlərini "gözdən salmaq" istəyi yeni deyil. Böyük Vətən müharibəsi ilə bağlı rəyləri xatırlayın: nahaq qurbanlar, mənasız müharibə s. i.a. Əslində axı bu səhifə müqəddəs sayılmalıdır. bunun müharibədən sonra SSRİ- bərqərar olmuş ictimai-siyasi vəziyyətə aidiyyəti olmamalıdır.
   ...Mən 16 yaşında anladım ki, sovet hökuməti deməkdir. Evdə, həyətdə, məktəbdə tamamilə fərqli söhbətlər etmək özündə nələri ifadə edir. Anladım ki, biz, sovet adamları ikili mənəviyyatın daşıyıcılarıyıq. Belə olan halda isə hansısa mənəvi mutasiyalara məruz qalmamaq mümkün deyildi. Mən bütövlükdə xalqı nəzərdə tuturam".
   Sirr deyil ki, Rusiya vaxtaşırı səngiyib-alovlanan gərginlikləri nəinki keçmiş müttəfiq respublikaları, həm artıq öz daxilində yaşamaqdadır.
   R.İbrahimbəyov: "Rusiya - xalqların konqlomeratıdır. əgər tatarların, başqırdların, yakutların digərlərinin gəlmə, köklü millətin isə yalnız slavyanların olduğunu təkidlə deyənlərin sayı çoxalsa, gərginlik o dərəcəyə çatacaq ki, Rusiya parçalanmaq təhlükəsi ilə üz-üzə qalacaq.
   Mən azərbaycanlıyam, öz xalqımı sevirəm. Amma elə gətirib ki, həyatımın böyük bir hissəsini Rusiyada keçirmişəm, bütün fəaliyyətim bu ölkə ilə bağlıdır. Mən özümü tam mənada rusiyalı sayıram əgər bu ölkənin başına bir gəlsə, mən slavyanlar kimi onun müdafiəsinə qalxacağam. İndi baş verənlər məni bir ona görə narahat edir ki, millətçilik qızdırması epidemiyaya çevrilə Azərbaycan - Rusiya münasibətlərinə təsir göstərə bilər".
   Rusiya telekanallarını izləyənlər, mətbuatını oxuyanlar milli ideya axtarışının artıq eyforiya dərəcəsinə çatdığını müşahidə edirlər, yəqin ki İbrahimbəyovun bu məsələyə münasibəti daha kəskin olub: "Rusiyada milli ideya heç sovet ideologiyasının səyləri sayəsində yox, əsrlər boyunca formalaşıb. Rusiya tarixi yüzlərcə xalqın bir etnosa çevrilməsindən ibarətdir. Bu çevrilmənin nəticəsində maraqlı bir avrasiyalı tipi meydana çıxıb. Şərqlə Qərbi özündə çox üzvi şəkildə birləşdirən bu tip başqasının dininə, təfəkkür adət-ənənəsinə dözümlülüklə yanaşır. Rusiyanın sırf slavyan dövləti olduğunu vurğulayanlar isə heç bir dəyərə sığmayan dünyanın digər dövlətləri üçün nümunə ola biləcək tarixi təcrübəni unutdurmağa xidmət edənlərdir.
   ...Belələrinin mövqeyi milli-dini xarakterli separatçılığın ən qabarıq formasıdır. Bu isə öz məğzinə görə ideoloji diversiyadır.
   ...Blok "biz hunlarıq!" deməkdən çəkinmirdi. Bizim zəmanədə isə bundan utananlar yetərincədir".

 

Həftə içi.-2007.-23 fevral.-S.8.