Strasburqda “Nizami Gəncəvi
və dünya mədəniyyəti”
mövzusunda tədbir
keçirilmişdir
Strasburqun Mark Blok Universitetində "Nizami Gəncəvi və
dünya mədəniyyəti" mövzusunda tədbir
keçirilmişdir. Tədbirin əsas
təşəbbüsçüləri, bir müddət
əwəl yaranmasına baxmayaraq,
Azərbaycan həqiqətlərinin xalqımızın
zəngin ədəbiyyatı və mədəniyyətini
fransızlar arasında geniş təbliğ edən
"Azərbaycan evi" və universitetin Türkologiya
departamenti idi.
Departamentin dekanı Stefan Dotanye tədbiri açaraq,
qədim tarixə malik Azərbaycanda dünya
şöhrətli şair və rəssamların,
incəsənət və elm adamlarının yetişdiyini,
onların arasında şair və mütəfəkkir Nizami
Gəncəvinin xüsusi yeri olduğunu
xatırlatmışdır. Sonra tədbirə dəvət
olunmuş filologiya elmləri doktoru, Milli Məclisin deputatı
Rafael Hüseynov dahi şairin həyat və
yaradıcılığından danışmışdır.
O demişdir ki, Nizami Gəncəvi lap çoxdan
təkcə Azərbaycanın övladı olmaq
çərçivəsindən
çıxmışdır. Onun əsərləri
bəşəriyyətin ən qiymətli sərvətləri
xəzinəsinə daxil olub, özü isə bütün xalqların,
bəşəriyyətin övladı olmaq
mərtəbəsinə ucalmışdır.
Humanizm prinsipi Nizami yaradıcılığının
nüvəsini təşkil edir. Bu ali fikri Nizami ilk
şerindən son poemasınadək davam etdirmişdir. Nizami
dərk olunması baxımından orta əsrlərin ən
mürəkkəb müəlliflərindəndir. Bunun
səbəbi onun hər misra, hər beytin üzərində
zərgər dəqiqliyi ilə işləməsində,
hər sözün bir neçə mənasını bir
misra, bir beyt içərisində cəmləyə
bilməsi, beləliklə də, hər sətrə bir
neçə məna qatı yükləməsidir. Şair
özü oxucuya xəbərdarlıq edirdi ki, mən bunu
dedim, getdim və hekayət qaldı, bu hekayəti
elə-belə oxutmaq olmaz.
Ancaq Nizamini dünya şairi edən təkcə bu
deyildir. Nizami geniş biliyə malik şəxsiyyət idi. O,
milli məhdudiyyətdən uzaq, öz bəşəriliyini
anlamış dahi idi.
Nizami əsərləri ilə yalnız əsrlər
boyu təkrarlanacaq əbədi model deyil, həm də
düşüncə, millət quruculuğu, mənəviyyat
quruculuğu, dövlət quruculuğu modeli
yaratmışdır. Onun səkkiz əsr əvvəl
təbliğ etdiyi ideyalar bu gün də arzulanandır. O
keyfiyyətlər ki, Nizami insanlarda, cəmiyyətdə
görmək istəyirdi, bu gün də insanlıq həmin
dəyərlərin daha artıq bərqərar olması yolunda
mübarizə aparır. Nizaminin arzuladığı belə
dünyanın, belə həyatın hamıya qismət
olacağı günlərə hələ
çatmamışıq.
Bütün bu fikirləri şairin
əsərlərindən konkret misralarla
iştirakçılara açıqlayan R.Hüseynov
çoxsaylı suallara cavab vermişdir.
Cənab Stefan Dotanye son zamanlar universitetlə
Azərbaycan arasında əlaqələrin
inkişafını, ölkəmizlə bağlı
tədbirlərin fransızlarda maraq oyatdığını
xüsusi vurğulamış və maraqlı
çıxışa görə R.Hüseynova
təşəkkürünü bildirmişdir.
Tədbirdə Strasburq ictimaiyyətinin
nümayəndələri, universitetin tanınmış
alimləri, azərbaycanlı deputatlar, ölkəmizin AŞ
yanında daimi nümayəndəliyinin rəhbəri səfir
Arif Məmmədov və nümayəndəliyin
əməkdaşları, Azərbaycan diasporunun
təmsilçiləri və tələbələrimiz
iştirak etmişlər.
Ədəbiyyat
qəzeti.- 2007.- 2 fevral.- S. 1.