Görkəmli alim dövlət xadimi haqqında filmin istehsalına başlanılmışdır

 

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində dövlət xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor, əməkdar həkim Əziz Əliyev haqqında sənədli filmin istehsalına başlanılmışdır.
Birliyin direktoru Vüqar Tapdıqlının bildirdiyinə görə, film Əziz Əliyevin anadan olmasının 110 illiyinə həsr edilib. Bundan əvvəl onun həyat yaradıcılığından bəhs edən film çəkilmişdir. Növbəti ekran əsəri isə sənədli hekayələr üzərində qurulacaq iki - sənədli bədii qoldan ibarət olacaqdır.
Çəkilişləri Bakıda, Dərbənddə, Naxçıvanda aparılacaq filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elşən Zeynallı, məsləhətçisi akademik Cəmil
Əliyevdir.

 

Azərbaycan.-2006.-1fevral.-S.6.