"Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda çəkilmiş  videofilmlərin qalibləri mükafatlandırılmışdır

             

            Yanvarın 31-də Bakı Şəhər Gənclər və İdman Baş idarəsi Gəncliyə Yardım Fondunda "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda çəkilmiş qısametrajlı videofilmlər müsabiqəsinin qaliblərini mükafatlandırmışdır.

            İdarənin rəisi Məmmədhüseyn Dadaşov bildirmişdir ki, müsabiqənin keçirilməsindən əsas məqsəd gənclərin ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə olan sevgisini nümayiş etdirmək və onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqdır. Müsabiqəyə təqdim edilmiş 16 videofilmdən 3-ü münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

            Sonra filmlərə baxış keçirilmiş, Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin məzunu Səbinə Fərəcova birinci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Lamiyə Şahverdiyeva ikinci, Azərbaycan Beynəlxalq Universitetinin məzunu Günay Fərzəliyeva üçüncü yerə layiq görülmüşlər.

            Qaliblərə diplomlar və xatirə hədiyyələri verilmişdir.

             

Azərbaycan.- 2007.- 2 fevral.- S. 6.