Həmidoğlu A.

 

"Ömrün çarpaz rakursları"

 

Mehdi Mükərrəmoğlunun yeni kitabı milli kinomuzun yaradıcılarına problemlərinə həsr edilmişdir

 

Dünya kinosunun yaşı 112 olsa da, o, incəsənətin ən kütləvi populyar növü hesab edilir. Azərbaycan kinosu da böyük maraqlı inkişaf yolu keçmiş onun bəzi nümunələri sərhədlərimizi aşaraq dünyanın müxtəlif yerlərində özünə tamaşaçı məhəbbət qazanmışdır.

Biz çoxəsrlik tarixə malik Azərbaycan mədəniyyətinin incəsənətinin bütün sahələrində olduğu kimi, kino sənətində yaradılmış şedevr əsərlərlə fəxr edirik. Abbas Mirzə Şərifzadə, Səməd Mərdanov, Cəfər Cabbarlı kimi korifeylərin başlanğıcında durduqları milli kinomuz çətin şərəfli inkişaf yolu keçib. Tarixi şəxsiyyətlərimizin ölməz obrazlarını, müasirlərimizin həyatını, xalqımızın qəhrəmanlıq tarixini əks etdirən kinomuz xalqımızın milli-mənəvi dəyərlər xəzinəsinə öz töhfəsini vermişdir. Kino əsərinin ərsəyə gəlməsi ilk növbədə rejissor, aktyor, operator əməyinin nəticəsidir Azərbaycan kinosu həqiqi mənada dünya səviyyəli rejissor aktyorları ilə fəxr edə bilər.

Jurnalist-kinoşünas Mehdi Mükərrəmoğlunun bu günlərdə işıq üzü görmüş "Ömrün çarpaz rakursları" kitabında ömür-günlərini kinoya bağlamış sənət adamlarının yaradıcılığı barədə materiallar, problem xarakterli yazılar kino sənətimiz üçün aktual mövzularda müsahibələr toplanmışdır.

Müəllif   sənət   adamlarının həyat yaradıcılığı barədə məlumat verməklə yanaşı, həmin insanlar, onların yaratdıqları obrazlar, çəkdikləri filmlər barədə müşahidə təəssüratlarını da bizimlə bölüşür. Kinoya yaxşı bələd olan müəllif portret oçerklərdə bəhs etdiyi insanların həyat yoluna nəzər salır bu sənətkarların Azərbaycan kinosunun tarixinə məhz hansı xüsusiyyət qabiliyyəti ilə daxil olduğunu özünəməxsus tərzdə oxuculara çatdıra bilir. Kinonun həm bədii, həm istehsalat tərəfini yaxşı bilən M.Mükərrəmoğlu tamaşaçıların uzun illərdir tanıdığı sənətkarları dolğun, bioqrafıyalarında hələ bilmədiyimiz maraqlı fakt nüanslarla yeni rakursda göstərə bilib.

Kitabda verilmiş portret cizgilərində Lətif Səfərov, Adil İskəndərov, Ağasadıq Gəraybəyli , Lütvəli Abdullayev, Leyla xanım Bədirbəyli, Hüseyn Seyidzadə kimi korifey sənətkarlarla yanaşı, onlardan sonrakı nəslə mənsub Şamil Nəcəfzadə, Kənan Məmmədov kimi istedadlı kino işçilərinə yer ayrılıb. Bir sözlə, kitabın portret cizgiləri bölməsində kinomuzun dünəni bu gününün dolğun əks olunduğunu desək, yəqin ki, yanılmarıq.

Böyük aktyorlamız barədə qələmə alınmış sətirlərdə bu sənətkarların özünəməxsus ifa tərzi, onların adlarını kino sənətimizdə qızıl hərflərlə yazdıran məharətləri lakonik formada dəqiqliyi ilə göstərilir. Məsələn, müəllif A.Gəraybəylinin "Bəxtiyar" flmində yaratdığı işi belə səciyyələndirir. "Mimikası, jestləri onun klassik sənətkar olduğunu təsdiq edir Ağabala cilddən-cildə düşür. Aktyor plastikası, daxildən gələn həvəs bir-birini tamamlayır bəlkə bütün bunlara görədir ki, onun qəhrəmanının sözləri hərəkətləri xalqın dilinə düşür, zarafat meyarına çevrilir".

yaxud digər böyük aktyorumuz Həsənağa Turabovun "Yeddi oğul istərəm" filmində yaratdığı Gəray bəy obrazını təhlil edən müəllif, bəlkə , çoxlarının sezmədiyi bir məqama nəzər salır: "Gəray bəy kəndə gəlmiş dəstənin üzvlərinin sayını soruşur. Gizir deyir: yeddi nəfərdirlər. Gəray bəy ah çəkib, heyif ki, cavandırlar deyir bu deyimi ilə bizi onun daxilindəki insani hisslərin realğına inandır. Çöhrəsinə hopmuş kədər hissi ilə".

Kitabın "Məqamlar" bölməsində müəllifın məqalə müsahibələri toplanıb. "Bizə kino lazımdırsa..." məqaləsində o, Azərbaycan kinosunun indiki vəziyyətini və problemlərini təhlil edir, bu vacib sahənin inkişaf perspektivləri barədə fikirlərini bölüşür. Rejissorlardan Vaqif Mustafayevlə, Xamiz Muradovla aktual müsahibələr kinomuzun dirçəlişi ilə bağlı maraqlı məqamlar dilə gətirilib.

Kitabın son bölümündə M.Mükərrəmoğlunun "Lal çinar" "Bütün bunlardan sonra" kinossenariləri dərc edilib. Yeri gəlmişkən, "Lal çinar" "Son portret" müsabiqəsində qalib gəlmiş ekranlaşdırılmışdır.

"Ömrün çarpaz rakursla" kitabı Azərhaycan kinoşunaslığına dəyərli töhfədir kino publisistikamızda sanballı əsər kimi səciyyələndirilməlidir. Maraqlı dillə qələmə alınmış, ensiklopedik dəyəri olan, fotoşəkillərlə zəngin əsər bütün kinosevənlərə hədiyyə olmaqla yanaşı, bu sahədə təhsil alanlar üçün dərs vəsaiti hesab edilməlidir.

 

Xalq qəzeti.- 2007.- 11 fevral.- S. 8.