İbrahimova S.
Ekran
sənətinin yaddaşı
Əsrin əvvəllərinə aid
kinoavadanlıqlarla kino
tarixinə qısa səyahət
Dövlət Film Fondu milli kinonun tarixinə aid elektron kataloq hazırlayacaq. Bundan
öncə isə qurumda 2007-ci il
üçün tədbirlər
planına əsasən,
Azərbaycanın tanınmış
kino operatoru, Əməkdar incəsənət
xadimi Arif Nərimanbəyovun 90 illik
yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək.
Film Fondun direktoru Cəmil Quliyevin məlumatına görə,
marta nəzərdə
tutulan yubiley tədbirinin hazırlıq
işləri artıq
yekunlaşıb.
Xatırladaq ki, A.Nərimanbəyov "Bəxtiyar",
"Leyli və Məcnun", "Nizami",
"Bizim Cəbiş
müəllim" kimi
filmlərin quruluşçu
operatoru olub.
Milli kinonun tarixinə aid kataloqun hazırlığından
danışan C.Quliyev
bildirdi ki, fondda saxlanılan filmlər, onların ssenariləri, lentə köçürüldükləri tarix, aktyor heyəti,
reyissorlarla bağlı
məlumatlar orada yerləşdiriləcək. Üç dildə
- Azərbaycan, rus və ingilis dillərində nəşri
nəzərdə tutulan
kataloqun elektron variantı da hazırlanacaq. Bundan başqa,
fondun saytının yaradılması da yaradıcılıq planlarından
birini təşkil edir.
"Sayt
xarici film fondlarının
təcrübələri əsasında
hazırlanacaq. Elektron saytının səviyyəli
alınması üçün
biz mövcud təcrübədən
istifadə etmək qərarına gəldik.
Saytda Azərbaycan kino sənətinin inkişafında
əməyi olan reyissorlar, onların həyatı, filmlərin tarixi, çəkildikləri
məkanlarla bağlı
məlumatlar yer alacaq. Həmçinin ən dəyərli
aktyorlarımız haqqında
qısa bilgilər sayta daxil ediləcək.
Saytda eyni zamanda, Dövlət
Film Fondunun yaranma tarixindən, fəaliyyətindən
bəhs edən yazılar da öz əksini tapacaq".
Qeyd edək ki, Azərbaycan
ekran sənətinin yaddaşı sayılan Dövlət Film Fondunda milli kinomuzun yaradılması prosesində
istifadə edilmiş uzun illərin köhnə kameraları və film nümayişi avadanlıqları qorunmaqdadır. Bunların sırasında
ən yaşlı avadanlıq "Derbi" adlı kameradır.
Bu kamera XX əsrin
əvvəllərində Fransada istehsal olunub. İstər sənədli, istərsə
də bədii filmlərin çəkilişlərində
istifadə olunan bu kameranı Azərbaycan kinosunun görkəmli operatorları
Əlisəttar Atakişiyev,
Muxtar Dadaşov, Camal İsmixanov, İvan Frolov və başqaları işlədiblər. "Bismillah",
"Sevil", "Almaz",
"Bakılılar", "Kəndlilər" kimi məşhur filmlər məhz bu kamera
vasitəsi ilə lentə alınıb.
1950-ci ildə Almaniyada istehsal edilmiş "Pentofleks" adlı kamera da fondda
saxlanılan dəyərli
kino avadanlıqları
sırasındadır. Bu
kamera vasitəsi ilə 16 millimetrlik filmlər çəkilib.
Həmin kameradan həvəskar çəkilişlərdə
və televiziyada müxtəlif reportayların
hazırlanmasında istifadə
edilib. Fondda qorunan "Konvas" kamerası "Dədə
Qorqud", "Yeddi oğul istərəm",
"Babək", "Bir
cənub şəhərində",
"Gün keçdi"
kimi filmlərin ekranlaşdırılmasında iştirak edib. Görkəmli operatorlar Arif Nərimanbəyov, Teyyub Axundov, Rasim Ocaqov və
Rasim İsmayılovun
istifadə etdikləri
"Konvas"ın əsas müsbət xüsusiyyəti yüngül
olması və buna görə də əldə tutaraq çəkiliş aparmağa imkan verməsidir. Bu cəhətinə görə
ondan sənədli filmlərin, reportayların
çəkilişində də
geniş istifadə edilib. Sovet istehsalı
olan "Konvas"
80-ci illərin sonlarına
qədər işə
yarayıb. Sonralar onun yerini Almaniyanın
"Orifleks"i əvəz edib.
Fondda qorunub saxlanılan kameralardan biri "Soyuz-sinxron"la "Birisi gün gecəyarısı",
"Arxadan vurulan zərbə", "Mezozoy
əhvalatı" kimi
filmlər çəkilib.
Xüsusi çəkilişlər
üçün nəzərdə
tutulan, 50-ci illərə
aid "PSK" məşhur
filmlərdən "Bir
qalanın sirri",
"Sehrli xalat" kimi ekran işləri
çəkilərkən işlədilib.
Film Fondundakı film nümayişi avadanlıqları - kinoproyektorlardan
biri əsrin əvvəllərinə aiddir
və səssiz kino nümayişi üçündür. Digər
birkinoproyektor 1947-ci ildə
buraxılıb və
onun vasitəsi ilə 16 millimetrlik filmlər göstərilib.
Bu tipli avadanlıqlar sırasında
"KPT-7", "KH-20" markalı kinoproyektorlar da durur.
Kaspi.-2007.-24-26 fevral.-S.20.