İsmayıl X.
Tarixi yaddaş və inam
haqqında pritça-film
Tarixin gəldiyi qənaət budur ki, xalqlar
keçib gəldikləri
yola çevrilib baxmaqla özlərini dərk edirlər. Keçmiş xalqm avtobi oqrafiyasıdır. Avtobioqrafiyada xalqın keçmişi
yazıla-yazıla gəlir.
Onu da peyğəmbərcəsinə
deyiblər ki, tarixi unudanların tarixi təkrar olunur. Özü də bu tarix
həmişə faciəli
şəkildə təkrar
olunur, Etiraf edək ki, biz
Azərbaycan
türkləri bu unutqanlığın nəticəsində
tariximizi faciəli şəkildə bir neçə dəfə təkrar yaşamalı olmuşuq. Tarixi yaddaşın oyaq
qalması, ən azından, səssiz yaşamağın təminatıdır.
Yaddaş keçmişdirsə, inam insan üçün
gələcəkdir. Ramiz
Rövşən və
Şamil Nəcəfzadənin
birgə yazdıqları
ssenari əsasında yaxınlarda çəkilişinə
başlanacaq "Qala"
filminin də tamaşaçıya təlqin
etdiyi məhz budur: Tarixi yaddaş
xalqı ayıq-sayıq,
ayaqüstə saxlayır,
inam isə gələcəyin stimuludur.Bu
əbədi və əzəli ideya Qala-istehkam simvolunda verilib. Qala həm də
düşmənlə üzbəüz
döyüşən insanların
sığınıb vuruşduğu
səngərdir. Qala-simvoludur. Xalqın beyni-qəlbi, ümumən mənəviyyatı
Qala kimi alınaz olmalıdır. Ssenari
müəllifləri bu qənaətdədirlər ki,
yaddaşımız sərvaxt, inamımız
öləziməyibsə, biz məğlub
edilməyəcəyik. Qələbəmizin
də mayasında tarixi yaddaşımız və sabaha inamımız durur. Elə bu İnamla da yaxın aylarda
çəkilişinə başlanılacaq
"Qala" filminin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə
ilə həmsöhbət
olduq. 1991-ci ildə
"Qala" filminin
15 səhifəlik ssenarisini
sifariş vermişdik.
İlkin variantda olan bu ssenari Xamis
Muradovun da xoşuna gəlmişdi. Əslində, həmin
sifariş gələcək filmin dramaturji konstruksiyası idi. Həmin 15 səhifəlik ssenaridə dialoqlar yox idi. Ancaq hadisələrin baş verəcəyi obyektlər
müəyyənləşdirilmişdi.
1986-88-ci illərdə rejissor İsrafil Səfərov Azərbaycanın
tarixi ilə bağlı serial şəklində
bir film çəkirdi.
Mən həmin filmin rəssamı idim. Film sənədli olsa da, həmin
dövrün rekonstruksiyası
aktyorlar, kostyumlar var idi. Bu filmin çəkilişi
dövründə, demək
olar ki, Azərbaycanı qarış-qarış
gəzdik. Azərbaycanı gəzib-dolaşmaqda da məqsədimiz tarixi abidələrlə bağlı
kadrlar çəkmək
idi. Çəkiliş
dövründə Azərbaycanın
tarixi mədəniyyət
abidələrinin baxımsız
vəziyyəti,
gözdən-könüldən uzaq olması məni çox narahat edirdi. Gördüklərim məndə yeni
ssenari yazmaq marağı oyatdı.
Araya-ərsəyə gələcək yeni filmdə də söhbət tariximizə və genetik yaddaşımıza münasibətdən
gedir.
2005-ci ildə
yeni bir ssenari yazdıq. 2005-ci ildən bəri ssenarinin dörd variantı hazırlanılıb
və sonuncu variant bədii şura tərəfindən qəbul
edilibdir. Film artıq istehsalata buraxılıb. Ötən dekabrın
1-dən rejissor ssenarisi
dövrü başlayıb.
Rejissor ssenarisi də bəyənilib. Yaxın vaxtlarda
film hazırlıq dövrünə
buraxılacaqdır.
- Filmin əsas ideyası nədir?
- Film pritça janrına daha çox uyğundur. Ssenarinin özəyində duran əhvalat pritçavarıdır.
Baş verən hadisənin konkret zamanı yoxdur. Bunu da məqsədli
etmişik. Bu hadisə və əhvalatlar insan üçün həmişə
baş verə bilər. Xalq öz tarixinə
biganə münasibət
bəsləyəcəksə, başına da təkrar-təkrar müsibətlər
gələcəkdir. Tamaşaçı
filmdəki dekorasiya və məişət əşyaları ilə
- Bəlkə qısa şəkildə filmin süjetindən də damşasınız.
- ...Bir sərhəd kəndidir. Sərhədin o biri üzündə soydaşlarımız təxribatlara,
fiziki və mənəvi terrora məruz qalıblar. Dəhşətli əzab
və əziyyətlərlə
üzbəüz qalmış
soydaşlarımızın sərhədin bu üzünə Azərbaycana
köçü başlayır.
Filmin sonunda vaxtilə bu kənddən həmin kəndə köçmüş bir nəfər də qaçqın kimi gəlib çıxır.
Filmdə müharibə səhnələri
göstərilmədən onun
yaratdığı gərginlikləri
insanlar, hiss edir, gətirdiyi psixoloji ağrıları yaşayırlar.
Sonda belə bir xəbər
yayılır ki, düşmən sərhədi
keçib, kəndə
tərəf hücum edir. Əhalini qırğına verməmək üçün
kənd boşaldılır.
Camaat yük maşınlarına
minib kəndi tərk edir. Kəndin bir neçə sakini kəndi tərk etmir, uca dağlarda yerləşən qədim
qalada məskunlaşırlar.Film
dramatik xarakterlidir.
Ancaq bu dramatizmin içərisində gələcəyə
inam hissi olduqca qabarıq verilib. Xalqa tarixin dəyişilməz
və dəyişdirilməz
bir torpaq qanunu təlqin olunur: itirilmiş torpaqlar igid oğulların qüdrəti
sayəsində qaytarılır.
-
Şamil müəllim,
yəqin ki, Qala burada Azərbaycanın
- Vətənin simvoludur.
- Elədir. Biz filmin
çəkiliş məkanını
müəyyən etmişik.
Bu məkan Gədəbəy
rayonundadır. Qədim qala
da oradadır.
Qala - Azərbaycan türkünün
mənəviyyatıdır. Qala əsir
düşməyib. Qala təslim
olmayıb. Heç məğlub
da olmayıb. Qala qalib gələcəkdir.
Çünki Qala düşmən
tərəfindən fəth
edilməyib. Ən çıxılmaz
şəraitdə belə
insanlarda sabaha ümid, gələcəyə
sonsuz bir inam olur. Onu da peyğəmbərcəsinə
deyiblər ki, insanlar çörəksiz
yaşaya bilər, inamsız yox. İnam qurtaran yerdə həyat qurtarır. R.Rövşən
və Ş.Nəcəfzadənin
"Qala"sında xalqın tarixi yaddaşı oyaq, inamı diridir.
Mədəniyyət.- 2007.- 23 fevral.- S. 6.