Kamioloğlu V.
Rasim Balayev: Xətai rolunu oynamaq arzusundayam
Rasim müəllim,
hazırda rejissorluq edən aktyorlar da az deyil. Buna
münasibətiniz necədir?.
- Ümumilikdə bunu
müsbət qarşılayıram. Bilirsiz, mən indiyə
qədər 70-ə yaxın filmə çəkilmişəm.
Bu gün mənə kino çəkmək təklifi
gəlsə, düşünmədən imtina edərəm . Ona
görə ki, bu tamam başqa bir sənətdir. Həmin
işi görən insanın gərək ilk
növbədə bu sənət üzrə təhsili, sonra
isə xüsusi istedadı olsun. Hansı rollara
çəkilmək arzusu ilə yaşayırsınız?
- Arzuladığım rolları
oynamaq mənim istəyimdən asılı deyil. Xətaini
oynamaq istəyirəm, bu artıq arzusunda olduğum bir roldur. Amma
Xətai barədə film çəkmək üçün
külli miqdarda vəsait tələb olunur.
Xoşbəxtlikdən Nəsimini, Babəki, bir müddət
bundan öncə isə Hüseyn Cavid obrazını yaratmaq
mənə nəsib olub.
- "Otel otağı","
Həm ziyarət, həm ticarət",
"Küçələrə su səpmişəm" kimi
filmlərdə siz mənfi obrazlar yaratmısınız.
Necə düşünürsünüz, Nəsimidən,
Babəkdən sonra mənfi xarakterli rollar yaratmaq
tamaşaçılarda çaşqınlıq
əmələ gətirmir ki?
- Adlarını sadaladığınız filmlərdə mənfi obraz yaratmağa çalışmışam. Təbii ki, rola qiyməti tamaşaçı verir. Mən bu obrazları öz təxəyyülümdə yaratmağa nail olmuşam. Ümumiyyətlə, eyni tipli deyil, dəyişik obrazlar yaratmaq istəmişəm. Çünki təkrar olunmağı sevmirəm. Amma tamaşaçılar məni müsbət obrazda görməyə alışıblar.
İki sahil.- 2007.- 14
fevral.- S. 8.