Qaliboğlu E.
Haradasa Qafqazda
Dostluq mövzusunda
çəkilmiş film uğursuz
alınıb
Bu günlərdə
Heydər Əliyev adına sarayda
üç gün premyerası keçirilən
"Haradasa Qafqazda"
filminin nümayişi
bir tamaşaçı
olaraq məndə acı təəssüratlar
yaratdı. Filmin nümayişindən əvvəl səhnəyə
çıxan yaradıcı
heyətin özünün
də etirafları oldu. Murad Dadaşov filmin
dostluq mövzusunda olduğunu bildirdi. Filmdə Bəhram Bağırzadə, Azər
Məmmədzadə, Emil Abbasov,
Fuad Osmanov, Nadir Əbdürrəhimov, həmçinin
Mahaçqalanın "Şən
və hazırcavablar klubu"nun üzvləri çəkiliblər. Tədbirdə "fəxarətlə" bir
məqam vurğulandı
ki, artıq filmə Mahaçqalada 15
min tamaşaçı baxıb.
Rejissor Cavid İmamverdiyev filmin kommersiya yönlü olduğunu qeyd etməklə burada gülməli yerlərin çoxluğunu
dilə gətirdi.
Filmin ərsəyə gəlməsi
prosesində xalq artisti Gülşən Qurbanova və mahaçqalalı Tamerlan dünyalarını dəyişiblər.
Filmin yaradıcı heyəti etiraf etdi ki,
"Haradasa Qafqazda"
Oskara təqdim edilmək üçün
çəkilməyib, amma
ürəklərə yer
tapacaq. Amma görəsən, bu film nə dərəcədə milli
ruhumuzun tələblərinə
uyğundur?
Artıq neçə ildir ki, Azərbaycanda kommersiya filmləri mövzusu gündəmə
gəlib. Məsələ burasındadır ki, adətən kommersiya filmlərində yüksək sənətkarlıq
keyfiyyətlərinin olmamasını,
bunu gözləməyin
sadəcə, mümkünsüzlüyünü
onun yaradıcıları
da etiraf edirlər.
Filmdəki hadisələr "haradasa
Qafqazda" baş verir. Geniş imkanlara malik
"Qaranquş" sanatoriyasının
müştəriləri yoxdur.
Sanatoriyanın direktoru Kazbek
(B.Bağırzadə) adlı
bir şəxsdir.
O, çıxılmaz durumdadır.
Nazir (G.Qurbanova) direktoru çağırıb
qarşısında şərt
qoyur: bu yaxında Krasnodardan gələcək idmançı
qızların qayğıları
yüksək səviyyədə
çəkiləcək. Əgər bircə
şikayət olsa, vəzifəsi ilə vidalaşmalı olacaq.
Sən demə, ona quyu qazan Yaramazov
(F.Osmanov) adlı müavinidir. O, nazirə
direktordan daim şikayətlər edir. İnandırır ki, əgər
özü sanatoriyaya direktor təyin edilsə, bütün işləri sahmana salacaq. Yaramazov sanatoriyaya istirahətlə
bağlı gələn
bütün müraciətləri
qovluğa yığır,
hamıdan gizlədir.
Çıxılmaz durumda qalan Kazbek
SSRİ dövründə bir
yerdə futbol komandasında oynadıqları
dostlarına kömək
üçün təcili
zənglər edir, onları sanatoriyaya dəvət edir. Dostların biri
həkim, o birisi milis rəisi, digəri kababçı və başqalarıdır.
Hadisələr çox sürətlə
cərəyan edir.
Sanki Kazbekin dostları
onun zəngini gözləyirlərmiş. İdmançıların gəlişi,
Kazbekin dostlarının
qızlarla ünsiyyət
yaratmağa cəhd etmələri, sonra bir oğlanla qızın "dastanlaşan"
sevgisi uğrunda dostların "fədakarcasına"
köməklikləri primitiv,
komediyaya belə uyuşmayan tərzdə ifadəsini tapır. Hind filmlərindən, hətta Çin döyüş səhnəsindən
uğursuzcasına təsirlənmələr
də diqqətdən
yayınmır.
Azərbaycan musiqisi film boyunca "əyalətdədir". Həmçinin Azərbaycan musiqi alətlərinə "əyalət
səviyyəsində" münasibət
açıq-aydın üç
təkrar məqamda görünür. Bu, Kazbekin idmançı qızları qarşılamaq
üçün təşkil
etdiyi sazandalar dəstəsinə münasibətdə
özünü göstərir.
Boyu hədsiz balaca, liliput, kök oğlan zurna, uzun boylulardan biri nağara, digəri isə saz çalır. Vəzifəsindən gedəcəyindən bərk narahatlıq keçirən Kazbek kabinetindan bayıra çıxır, onlara
"zırna, zırna"
deyə susmaları üçün bağırır.
Hər üç alət milli musiqi alətimizdir
və bu baxımdan da Azərbaycan musiqisinə belə yanaşma qəbahət hesab edilməlidir. Lakin filmdə
"Ləzginka" rəqsinə
addımbaşı geniş
meydan verilir. İş o yerə çatır ki, Kazbekin dostları
həkim kimi "vəzifələrini" yerinə
yetirdikdən sonra qızlara aşbaz, barmen, kitabxanaçı və
b. kimi də xidmət göstərirlər.
Filmdə bir məqam
diqqəti xüsusi cəlb edir. Kazbekin dostlarından biri "Ləzginka"nı
oynaya bilmədiyinə
görə özünü
çox pərt hiss edir və otağına
çəkilir. Bu zaman Çin, ya yapon filmlərindəki
əfsanəvi obrazlardan
biri xəyalən ona ürək-dirək verir, oğlan deyəsən, yuxuda fəhmən rəqs etməyi öyrənir.
Filmin sonunda artıq o, "vəcdə gələrək"
oyunu böyük bir şövqlə ifa edir. Təəssüf ki, filmdə
milli musiqimizə olan belə münasibət deyəsən,
heç kəsi narahat etməyəcək.
Tamaşaçılar, xüsusən də
gənclər elə
hey bir ucdan şaqqanaq çəkib gülürdülər. Amma filmdə
insanı düşündürən,
qanadlandıran hansısa
məqamın, ideyanın
olduğunu demək çətindir. Görəsən, "qafqazlı doğmalığı"
anlayışına nələr
daxildir? Bir ucdan
"Biz qafqazlıyıq" demək bizə nə verir?
Əgər sözün əsil mənasında gələcəkdə
Qafqaz birliyi yaranacaqsa, bu, yalnız Azərbaycan türkünün xarakterik
keyfiyyətləri əsasında
formalaşa bilər. Səthi
dostluqların, münasibətlərin
bizi daim təsirdə saxladığını
az görməmişik.
Unutmaq olmaz ki, kommersiya
yönlü olsa da, bu, geniş
ictimaiyyətə film kimi
təqdim edilir. İstər-istəməz də filmdəki müəyyən məqamlar
mənalandırılır. Yəqin ki, Kazbekin əyninə
geydiyi idmançı
formasındakı qırmızı
paltarın üstündə
yazılmış "SSSR" sözü ironiya xarakteri daşıyır.
Məhz hadisələrin belə bir şəxsin ətrafında cərəyan
etməsi, dostlarının
onun hayına gəlməsi, çoxlu çətin situasiylarla rastlaşması, "problemin"
demək olar, asan həll olunması film barədə
komediyaçılıq yönündə
düşünməyə belə əsas vermir. Hər halda mövzunun
və filmin uğurlu seçilməsini,
alınmasını demək
mümkün deyil.
Filmdə idmançı
qızların birinin yolda eşşəyə minib nazirin qəbul
otağına girməsi,
həmçinin Murad Dadaşovun yparatdığı
obrazın Kazbekin probleminin həll olunmasından bir il sonra belə
onun sanatoriyasını
axtara-axtara qalması,
sonda əllərində
çamadan dostlarından
birinin ata olduğu xəbərindən
sevinməsi səhnəsində
görüşməsi də
uğursuz alınıb.
Dünya
kino sənətində
kinokomediya sarıdan fransızların, italyanların,
həmçinin gürcülərin
və rusların bəxti gətirib. Azərbaycanın klassik filmləri içərisində
bu baxımdan gözəl nümunələr
az deyil.
Lakin bu gedişlə məzmunsuzluq çaları
artacaq, təəssüf
ki, zövqsüz və bədii keyfiyyətdən mərhum
filmlərin sayı artacaq.
Xalq cəbhəsi.-2007.-16 fevral.-S.15.