Mövsümova S.
“Animasiya filmlərimizlə xarici
bazarlara çıxmaq olar”
Gənc animatorlar
yetişdirmdk üçün iki mərhələli xüsusi
layihə hazırlanıb
Azərbaycanda animasiya
filmlərinin istehsalı ilə təkcə "Azanfilm"
studiyası məşğul olur. Bu studiya dövlət hesabına
ildə cəmi 1 qısametrajlı film istehsal edə bilir.
Amma, deyəsən, yaxın zamanlarda bu problemin həlli
gözlənilir. "Azanfilm" studiyasının
rəhbəri Elçin Hami Axundovun dedikləri belə
düşünməyə əsas verir. Elçin Hami Axundov
hesab edir ki, Azərbaycanda istehsal edilən animasiya filmlərilə
xarici bazarlara çıxmaq olar. Onun sözlərinə
görə, milli kinomuz ancaq animasiya və sənədli
filmlərlə bazara çıxa bilər: "Səviyyəli
bədii film çəkmək üçün ən azı
5-6 milyon dollar lazımdır. Tammetrajlı animasiya filmi üçünsə 500-700 min dollar kifayət edər. Hazırlıq
üçün ilyarım-iki
il zaman
gərəkdir. Hər rəssam
animator kimi işləyə
bilməz. Dünyada animatorlar
yetişdirən xüsusi
məktəblər yoxdur.
İndiki animatorlarımız “Soyuzmultfilm”də, Kiyev və
E. Axundov gənc
animatorlar yetişdirmək istəyir və bununçün iki
mərhələli xüsusi layihə də işləyib. Birinci mərhələ ilyarım
ərzində 40 nəfər
gənc rəssamdan
animator hazırlamağı nəzərdə tutur. İkinci
mərhələdə həmin
gənclər 70-80 dəqiqəlik,
yəni tammetrajlı animasiya filmlər çəkməlidilər.ilyarım kurslar yerli mütəxəssislərə
həvalə ediləcək
ki, onlar sıraşına ixtiyar animatorumuz Elçin Hami Axundov, Rauf
Dadaşov, Firəngiz
Quliyevanın adları
daxildir. Kurslara 50-60 min manat maliyyə
sərf olunacaq. İlk 40 nəfər üçün
seçim olacaq.
E. Axundovun sözlərinə
görə, əgər
həmin 40 nəfərdən
10 nəfər animator ixtisaslaşsa,
bu çox sevindirici hal olar. O mütləq ya "Soyuzmultfilm"dən,
ya da Kiyev
studiyasından mütəxəssislərin
gətirilməsini də
vacib hesab edir: "Hər iki aydan bir
onların bir həftəlik ustad dərsləri təşkil
olunacaq. İlyarım ərzində animatorlar
hazırlanması ilə
paralel ssenarilər də yazılacaq. Kursları keçənlərin hər
biri diplom işi kimi 3 dəqiqəlik animasiya filmi çəkəcəklər.
Bu isə 40 animasiya
filmi deməkdir".
Elçin müəllim
adıçəkilən layihənin
2006-2016-cı il Mədəniyyətin inkişafı
Konsepsiyasının tərkib
hissəsi olmasını
istəyir. "Layihəni
təqdim edəndə
Mədəniyyət və
Turizm Naziri Əbülfəs Qarayev çoxdan belə bir layihə gözlədiklərini dedi.
Əslində layihə çoxdan
hazır idi, sadəcə nazirlikdəki
struktur dəyişiklikləri
dövrünə düşdü
və onu təqdim etməkdə gecikdik".
Onu da deyək ki,
Paritet.- 2007.- 17-19 fevral.- S. 11.