Muğamın müasir miniatür
və yeni baletlə sintezi
Beynəlxalq layihə çərçivəsində çəkilən
film məhz bundan bəhs edir
“Muğamın ekranlaşdırılması”
beynəlxalq layihəsi
çərçivəsində nəzərdə tutulan növbəti filmin istehsalı başa çatıb. Kinorejissorlar Gildiyası, YUNESKO və Açıq Cəmiyyət
İnstitutu Yardım Fondunun təşkilatçılığı
ilə ərsəyə
gələn film Pünhan
Həsənlinin qısametrajlı
“Süni bənövşələr”
eksperimental ekran əsəridir.
Kinorejissorlar Gildiyasının mətbuat
xidmətindən verilən
xəbərdə bildirilir
ki, film rejissorun muğama fərqli və qeyri-ənənəvi
baxışı olaraq
muğamın müasir
miniatür və yeni baletlə sintezindən ibarətdir. Ekran əsəri
“Film” Prodüser Mərkəzində
istehsal olunub.
Qeyd edək
ki, “Muğamın ekranlaşdı
rılması” beynəlxalq
layihəsinin birinci filmi Kinorejissorlar Gildiyası və Belçikanın “Michel de Wouters
Productions” studiyasının birgə istehsalı olan ilk Azərbaycan-Belçika
müştərək filmidir.
Bu film belçikalı rejissor Kris Delvilin muğam ustası Fərqanə Qasımovanın
həyat və yaradıcılığına həsr
olunmuş “Düşüncələrlə
keçən günlər”
(The meditation of the days) layihəsidir.
Sözügedən layihənin reallaşmasına
Mədəniyyət və
Turizm Nazirliyi də maliyyə yardımı göstərib.
Hazırda film Belçikada montaj və səsləndirmə ərəfəsindədir.
Layihənin rəhbəri və
hər iki filmin prodüsseri Hüseyn Mehdiyevdir.
Gundəlik Azərbaycan.-2007.-2 fevral.-S.14.