Mükərrəmoğlu M.

 

Milli bomba” ilk baxış

 

"Azərbaycan" kinoteatrında Azərbaycan Rusiya kinematoqrafçılarının birgə layihəsi olan "Milli bomba" filminin təqdimatı gerçəkləşib. Təqdimat mərasimində çıxış edən filmin rejissoru V.Mustafayev "Milli bomba"nın çəkiliş prosesindən danışaraq, bu ekran əsərinin bəyəniləcəyini əminliklə vurğulayıb. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkə başçısının mədəniyyət sahəsinə göstərdiyi diqqət qayğıdan söz açıb: "Prezident İlham Əliyev mədəniyyətə, xüsusən kinematoqrafiya sahəsinə böyük diqqət ayırır. İnanıram ki, bu diqqət gələcəkdə öz bərhəsini verəcək bizim kinematoqrafçılarımızın istehsal etdikləri filmlər dünyanın bir çox yerlərində keçirilən beynəlxalq festivallarda iştirak edərək uğurlar qazanacaq". Prodüser Valeri Ruzin "Milli bomba" filminin 2004-cü ildə XXVI beynəlxalq Moskva kinofestivalında müsabiqəyə buraxıldığını uğurla nümayiş olunduğunu vurğulayıb. Elə həmin il bu film Rusiyanın Smolensk şəhərində keçirilmiş birinci "Yeni kino XXI əsr" beynəlxalq kinofestivalında "Qran-pri" mükafatını qazanıb. Tədbirdə Rusiya Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın, dostluğun inkişafında xidmətlərinə görə V.Mustafayevə mükafat təqdim edilib.
   

 

Xalq qəzeti.-2007.-9 fevral.-S.7.