Mükərrəmoğlu M.

 

 

Milli kinomuzun inkişafına dövlət qayğısı artır

 

Azərbaycan kinosunun zəngin ənənələri var. Filmlərimiz həmişə öz milli üslubu ilə seçilib, elə filmlərimiz olub ki, dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilib. Ölkəmizin saat mexanizmi kimi işləyən prokat sistemi mövcud idi. Ən ucqar kəndlərimizdə belə filmlər nümayiş etdirilirdi. Lakin müstəqillik qazandıqdan sonra mədəniyyətimizin bu sahəsində böhranlı vəziyyət yarandı. Böyük öndər Heydər Əliyevin qayğısı diqqəti nəticəsində kino sənəti tədricən inkişaf etməyə başladı. Ümummilli lider Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev kino sənətini həmişə diqqətində saxlamışdır. Fevral ayının 23- möhtərəm Prezidentimizin imzaladığıAzərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqındasərəncam da bu qayğının bir növ davamıdır. Bu sərəncamı ölkənin kino ictimaiyyəti böyük məmnunluqla qarşılamışdır.
Paytaxtımızın ən iri kino mərkəzi hesab edilənNizamikinoteatrının direktoru İlham Babayevin sərəncamla bağlı düşüncələrini oxuculara təqdim edirik:
Ölkəmizdə kino sənətinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük öndər incəsənətin bu sahəsinə xüsusi önəm verirdi bəlkə ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanda kino sənətinin varlığından belə danışmaq olmazdı. 90- illərin əvvəllərində ölkədə yaranmış vəziyyət bu sənəti bir növ unutdurmuşdu. Ancaq böyük öndərin qayğısı milli kinomuza yeni nəfəs gətirdi. Filmlər istehsal olunmağa başladı, sahibsiz qalmış film təsərrüfatının yerləşdirilməsi üçün Dövlət Film Fondu yaradıldı. Ən başlıcası isə kino xadimlərinə qayğı artmağa başladı. Onlar təltif edildilər, əmək haqları artırıldı. Dağılmış kino istehsalatı tədricən bərpa olunmağa başladı. Məhz böyük öndərin fərmanı ilə 2 avqust Azərbaycan Kinosu Günü elan olundu. Ümummilli lider dəfələrlə kino sənətkarlarını qəbul etmiş, onların təkliflərini dinləmiş, festivallarda şəxsən iştirak etmişdir.
çox sevindirici haldır ki, bu gün ölkədə kino sənətinin inkişafına dövlət qayğısı artmaqdadır. Böyük öndərin siyasi kursunu inamla davam etdirən Prezidentimiz bütövlükdə ölkədə kino sənətinin müasir tələblərə cavab verməsi üçün çox vacib qərar sərəncamlar verir, bu sahənin tərəqqisini xüsusi nəzarətdə saxlayır.
Bilirsiniz, kino təkcə filmlərin istehsalı demək deyil. Əgər ölkənin prokat sistemi, nümayiş obyektləri, müasir kinoteatrlar olmasa, inkişafdan danışmağa dəyməz. Çox diqqətəlayiq haldır ki, cənab Prezidentimizin fevral ayının 23- imzaladığıAzərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqındasərəncamda kino sənətinin inkişafına ilk dəfə kompleks yanaşma mövcuddur. Belə ki, təkcə kino istehsalı deyil, kinoteatrların müasir tələblər səviyyəsində yenidən qurulması məsələlərinə məxsusi diqqət yetirilir. “Nizamikinoteatrında müasir tələblərə cavab verən xidmət texniki şəraitin yaradılması ilə bağlı təkliflərin hazırlanması məsələsi sərəncamda öz əksini tapmışdır. Bu kinoteatrın binası 1940- ildə istifadəyə verilmişdir. Azərbaycanın mədəni həyatında onun misilsiz xidmətləri var. Burada ümumittifaq, beynəlxalq kinofestivallar, görüşlər keçirilmişdir. Möhtərəm Prezidentimizin yeni sərəncamı söz yox ki, kinoteatrın əvvəlki imicini özünə qaytarmağa imkan yaradacaq.
1989-cu ildən bu mədəniyyət müəssisəsinə rəhbərlik edirəm. Doğrusu, çox çətinliklərimiz olub. Vaxtilə burada saatlarla bilet növbəsinə dayanan tamaşaçı kütləsi 90- illərin əvvəllərindən elə bil yoxa çıxdı. Bu da təbii proses idi. Çünki SSRİ-nin süqutu ilə vahid mərkəzdən idarəçilik mexanizmlərinin dağılması prosesə çox güclü təsir göstərmişdi. Ona görə ilk növbədə kinoteatrın binasını Qərb standartlarına uyğun, müasir səviyyəyə qaldırmaq, onu yeni üslubda əsaslı təmir etmək lazım idi. Budur, artıq çox hörmətli Prezidentimiz bununla bağlı sərəncam vermişdir söz yox ki, yaxın gələcəkdə bu problem həll olunacaq.
Mən bir çox ölkələrdə olmuşam, kinoteatrların vəziyyətini öyrənmişəm. Bilirsiniz, belə müəssisələr, müasir səviyyədə qurulanda, onun tamaşaçısı da olur. Məsələn, Fransada kinoteatrlarda növbələr gördüm. Çünki hər cür şərait yaradılıb. Bizim kinoteatr isə hələ bir dəfə olsun əsaslı təmir edilməyib. Halbuki, burada hər cür imkan vardır. Geniş qış zalı, daha 3 orta səviyyəli zallar, yay zalı s. Onların hər biri müasir səviyyədə qurulsa, burada da Avropa standartlarına uyğun təmir işləri aparılsa, tamaşaçını yenidən kinoteatra qaytarmaq mümkün olacaq. İndi Rusiyanın əyalətlərində 100-dən artıq belə kinoteatr fəaliyyət göstərir. Elə Dağıstanda 4 kinoteatr Avropa standartlarına uyğun şəkildə qurulmuşdur.
Bizim kinoteatr təmir olunduqdan sonra burada beynəlxalq kinofestivallar, görüşlər keçirmək mümkün olacaq. İndi Şərq-Qərb Beynəlxalq KinofestivalıAzərbaycankinoteatrında, yaxud beynəlxalq audiovizual festival Zuğulbadakı Gənclər Mərkəzində keçirilir. Bütün bu tədbirləri gələcəkdə yəqin ki, “Nizamikinoteatrında keçirmək mümkün olacaq.
Kollektivimiz möhtərəm Prezidentimiz İlham Əliyevin bu sərəncamını böyük məmnunluqla qarşıladı biz kino işçiləri inanırıq ki, bu sərəncam Azərbaycanda kino sənətinin inkişafında yeni bir dövr açacaq.

Xalq qəzeti.-2007.-28 fevral.-S.5.