Mütəllimova S.
Qərar uğur qazandı
Şəhadətnamələri
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
təqdim etdi
Dünyanm sivil kino aləminə
daxil olmağın mühüm və vacib
şərtlərindən biri müxtəlif yaradıcı
təşkilatlarda istehsal olunmuş fılmlərin
dövlət reyestirində qeydiyyata alınaraq
leqallaşdınlmasıdır. Təxminən 3 ay
öncə, elan edilən birgə əməkdaşlıq
haqqında layihə artıq gerçəkləşmişdir.
Mədəniyyət və Turizm Naziriiyi kino
şöbəsinin nəzdində fılmlərin
dövlət reyestri bölməsi fəaliyyət
göstərir. Bölmənin fəaliyyəti Azərbaycanın
bütün kinoyayımı sistemində və televiziya
kanallarında yayımlanan fimlərin dövlət
tərəfındən qeydiyyatını aparmaqdan
ibarətdir. Həmin bölmənin işə düzgün
münasibətinin nəticəsidir ki, artıq bu proses
başa çatmaq üzrədir. Mədəniyyət və
Turizm Nazirliyində keçirilən tədbirdə nazir
Əbülfəs Qarayev televiziya şirkətlərinin və
prodüser mərkəzlərinin
rəhbərlərinə
mart ayının əvvəllərindən Azərbaycan
teleməkanında yayım hüququ qazanmış
filmlərin yayım şəhadətnamələrini
təqdim etməzdən əvvəl qeyd etdi ki, ilk öncə
biz düşünürdük ki, bu iş böyük
maneələrlə, anlaşılmazlıqlarla
müşayiət olunacaq. «Lakin deyim ki, sizin
səylərinizin, telekanallar rəhbərlərinin bu
işə düzgün münasibətinin nəticəsi
olaraq, bu proses artıq tamamlanmaqdadır. Söz
verdiyim kimi, mart ayının əvvəllərindən artıq
Azərbaycan teleməkanında
nümayiş olunacaq bütün filmlər dövlət reyestrindən
keçmiş olacaq. Biz bir tərəfdən dünya
bazarına sübut edirik ki, Azərbaycanda
yayımlanan filmlərin
hamısı rəsmi
qeydiyyatdan keçirilib
və burada heç bir piratçılıq iddiası
da ola bilməz,
digər tərəfdən
isə öz əhalimizin qarşısında
mənəviyyatımıza, adət-ənənələrimizə hansısa
zorakılığa və
Azərbaycanın bugünkü
durumuna zidd olan filmlərin nümayişi və onların tənzimlənməsi
tam qanunauyğun olaraq həyata keçiriləcəkdir». Təqdimatın Prezident İlham
Əliyevin göstərişinə əsasən həyata
keçirilən tədbirlər çərçivəsində
reallaşdığını diqqətə çatdıran
nazir Ə.Qarayev bildirdi ki, kino sahəsində çox
cəsarətli və vaxtında atılmış bu
addımı bəlkə də, bizim, kiçik də olsa,
nailiyyətimiz hesab etmək olar. Digər tərəfdən,
heç kəs gözləməməlidir ki, biz bu işi
davam etdirəcəyimiz zaman hər şey çox hamar
gedəcək və bütün filmləri qısa
müddətdə qeydiyyatdan keçirəcəyik. Bu, mümkünsüz bir şeydir. Çünki biz elan verməzdən qabaq əldə olunmuş filmlərin sırasında bayaq qeyd etdiyim müəmmalı,
müəyyən qədər
mənəviyyatımıza zidd olan filmlərin
sayı olduqca çoxdur. Biz onlara müəyyən bir amnistiya verərək,
vaxtı uzadırıq
ki, onların da qeydiyyatı tədricən həyata keçirilsin. Sözsüz
ki, bu, böyük
bir vəşaitin döriyyəsinə təsir
göstərən amildir.
Onä görə də mən istisna etmirəm ki, bəlkə gələcəkdə
hansısa ziddiyyətlərimiz
də ola bilər, problemlərimiz də. Məni sevindirən odur ki, bizim hətta
televiziya şirkətlərinin
rəhbərləri bu
işə çox böyük məsuliyyətlə
yanaşaraq, buna tam vicdanla -konüllü olaraq gedirlər və digər şirkətlərin nümayəndələrinə
və rəhbərlərinə
çox gözəl bir nümunə göstərirlər. Ümidvaram
ki, biz gələcəkdə
də bu işi prodüser mərkəzlərinin fəaliyyəti
ilə, audio-vizual məkanda olan satış sistemi fəaliyyətini tənzimləməyə başlayanda
sizin nümunəniz onlara müsbət təsir göstərəcək. Azərbaycanda kino
yayımının çox dağınıq olmasına
baxmayaraq, bu sahənin əlverişli və gəlirli
biznesə çevrilməsi bu gün vacibdir.
Yayım
şəhadətnamələrinin respublikamızda
hazırlanmasına baxmayaraq, bunlar qoruyucu nişanlarla təmin
olunur. Bu sistem dünyada tətbiq olunan dövlət reyestrlərinin
tətbiqinə uyğunlaşdırılıb. Başqa
ölkələrin təcrübələrinin
müəyyən nöqsanları nəzərə
alınaraq, əngəllərdən uzaq olan bir formanın
tətbiqinə nail olunmuşdur. Bazarın
tənzimlənməsi və stimullaşdırılması
üçün əsas meyar o idi ki, filmlər dövlət
qeydiyyatından keçirilərkən heç bir
şirkətdən vəsait alınmasın. Bunun birinci
addım olduğunu söyləyən nazir, qeyd etdi ki,
gələcəkdə filmlər gətirilərkən
rəmzi olaraq müəyyən vəsait dövlət
hesabına keçiriləcək. Eyni zamanda
istehsalçıların özlərinə təqdim oiunan
yayım şəhadətnaməsi onların müəllif
huquqlarının qorunması üçün hazırlanan
vərəqədir. Əgər kino istehsalçısı çəkdiyi
əziyyətin bəhrəsini görmək və müəyyən
vəsait qazanmaq istəyirsə, eyni yayım
vərəqəsini əldə etməlidir ki, bu vəsait
yayım vərəqəsinin üzərində qeyd olunsun. Filmlərin
qeydiyyatdan keçirilməsi işi bu il martın
axırlarınadək başa çatdırılacaqdır. Tədbirdə
nazir Ə.Qarayev teleşirkətlərin və prodüser
mərkəzlərinin nümayəndələrinə
qeydiyyatdan keçirilən filmlərin
şahədətnamələrini təqdim etdi. Sonda nazir
jurnalistlərin suallarını cavablandırdı. O,
xalqımızın ictimai-siyasi həyatında,
mədəniyyətimizin inkişafında böyük rol
oynayan və dolğun fəaliyyəti ilə milli
sərvətə çevrilən Azərbaycan teatrının
maddi-texniki bazasının gücləndirilməsi,
yaradıcılıq potensialının
dirçəldilməsi və teatr təhsili siteminin
yaxşılaşdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 19 fevral 2007- ci il Sərəncamına
istinad edərək qeyd etdi ki, hazırda üç teatrda -
Azərbaycan Dövlət Gənc Tama-şaçılar,
Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət
Kukla teatrlarında yenidənqurma və bərpa
işlərinə başlanılıb. Qalan iki teatrın -
Azərbaycan Dövlət Akademik Milli Dram və Azərbaycan
Dövlət Akademik Opera və Balet teatrlarının da
müasir tələblərə uyğun əsaslı
təmir-bərpa və yenidənqurma işlərinə
mövsümün sonunadək başlanacaqdır. Bu
yaxınlarda imzalanmış təyinatlı investisiya kapital qoyuluşu
bölgüsünə görə bu işlərin
görülməsinə təxminən 25 milyon manata
qədər vəsait xərclənəcək. Qalan işlərin görülməsi
üçün ayrılacaq
vəsait gələn
ilin büdcəsində
nəzərdə tutulub.
Azərbaycanda yeni Xalça Muzeyinin və Muğam Mərkəzinin tikintisinə başlanılıb. Dövlət Film Fondunun və «Nizami» kinoteatrının, eyni zamanda Gəncə
və Mingəçevir
teatrlarının əsaslı
təmir-bərpa və
yenidəndən qurulmasına
başlanılmışdır. Cənab Prezidentin tapşırığı
ondan ibarətdir ki, qısa vaxt
ərzində Azərbaycan
mədəniyyətinin infrastrukturu
çox ciddi səviyyədə və sürətlə inkişaf
etdirilsin.
Mədəniyyət.- 2007.- 23 fevral.- S. 2.