Nəzakət

 

"Azərbaycan kinosu ensiklopediyası" hazırlanır

 

Yeni nəşr Azərbaycan kinosunun 110 illik yubileyinə böyük bir hədiyyə olacaq

Respublikanın əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin qəzetimizə verdiyi məlumata görə, Dövtət Film Fondunda "Azərbaycan kinosu ensiklopediyası" hazırlanır. Aydın Kazımzadənin dediyinə görə, ensiklopediya üzərində artıq 10 ildir ki, iş gedir.

Lakin bu günə qədər həmin nəşr işıq üzü görməmişdir. Ensiklopediyanı nəşr etdirməkdə əsas məqsəd Azərbaycanda kino sahəsində görülən işləri tarixi faktlar əsasında üzə çıxarmaqdan ibarətdir. Bunu nəzərə alaraq, ensiklopediyanın yaradılması ilə əlaqədar redaksiya üzvü müəyyənləşdirilmişdir. Həmin tərkibə Rəhman Bədəlov, Aydın Kazımzadə, İmran Xəlilov daxildir.

Rəhman Bədəlov İmran Xəlilov dünya kinosu sənətinin professional nümayəndələri üzərində tədqiqat işləri aparmış, Aydın Kazımzadə isə Azərbaycan kinosunun məşhur simaları haqqında olan dəyərli materialları üzə çıxarmışdır. Ensiklopediyada təkcə kinemotaqrafiya üzrə çalışan nümayəndələr ətrafında məlumat verilməyəcək, eyni zamanda, kinonun inkişaf mərhələsinə nəzər salınacaqdır. Bu gün Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin lərkibində kinematoqrafiya şöbəsi fəaliyyət göstərir ki, həmin qurum məhz bu işlərlə məşğul olur. Adını qeyd etdiyimiz qurumun 60, 50, 30 il bundan əvvəl hansı ad altında fəaliyyət göstərməsi ensiklopediyada dəqiqliyi ilə öz əksini tapacaqdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra qurumun ilk rüşeymlərinin harada hansı şəkildə təşəkkül tapması hazırlanan nəşrdə göstəriləcək. Bildiyimiz kimi, 1923-cü ildə Azərbaycan Dövlət Kino Fabriki yaradılmışdır. Sonralar müxtəlif illərdə bu qurumun adı dəyişərək təkmilləşdirilmiş formalaşdırılmışdır. Hazırda həmin təşkilat Cəfər Cabbarlı adına Azərbaycan Dövlət kinostudiyası adlanır.

Aydın Kazımzadə fikirlərində onu da vurğuladı ki, ensiklopediyada bu illər ərzində hansı filmlərin çəkilməsi ətrafında da dəqiq məlumatlar veriləcəkdir. Kino işçilərinin respublika daxilində, eləcə beynəlxalq festivallarda çıxışları ilk dəfə olaraq ensiklopediyada öz əksini tapacaq. Belə bir ensiklopediyanın hazırlanmasına böyük bir ehtiyacın olduğunu vurğulayan Aydın Kazımzadə artıq ensiklopediya üzərində son işlərin getdiyini bildirdi. Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə hazırlanacaq "Azərbaycan kinosu ensiklopediyası"nın hələlik neçə cilddə işıq üzü görəcəyi məlum deyildir. Ensiklopediyanın tamamlama işləri sürətlə gedir. Aydın Kazımzadə 2008-ci ildə Azərbaycan kinosunun 110 ilinin tamam olduğunu nəzərə çatdırdı bildirdi ki, həmin nəşr yubileyə böyük bir hədiyyə olacaqdır.

Qeyd edim ki, tamamlama işləri məhz Aydın Kazımzadənin rəhbərliyi altında aparılır.

 

Səs.- 2007.- 3 fevral.- S. 12.