Nəzakət
"Bu meydan,
bu ekran!"
Müsabiqə
filmlərin istehsalı,
təbliği, istedadlı
gənc sənətçiləri
aşkar
etmək, kinoda rəqabət tendensiyalarını
gücləndirmək məqsədi
daşıyır
Azərbaycan
Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev
Muzeylər Mərkəzində mətbuat nümayəndələri
ilə görüş keçirdi. Tədbiri giriş
sözü ilə açan nazir ilk olaraq 2 Fevral Gənclər
Günü münasibəti ilə bütün Azərbaycan
gənclərini təbrik etdi və mətbuat konfransının
bu günə təsadüf olunmasının da elə bayram
günü ilə əlaqədar olduğunu vurğuladı. Əbülfəs Qarayev bildirdi ki, zəngin
sütunlar üzərində
formalaşan mədəniyyətin
inkişafı, məhz
gənclərlə bağlıdır.
Odur ki, gənclərə hər zaman dövlət tərəfindən diqqət
və qayğı göstərilir.
Əbülfəs Qarayev nazirlik tərəfindən
həyata keçirilən
iki layihə ətrafında söz açılacağını bildirdi.
Onlardan biri "2007-2010-cu illərdə kinematoqrafiya
sahəsində gənclərin
yaradıcılıq fəaliyyətinin
inkişaf proqramı"
əsasında hazırlanan
layihədir. Digər layihə isə "Lider" teleşirkətində
həyata keçirilən
və uğurlu sonluqla bitən "Akademiya"dır.
"Azərbaycan
kinosu sahəsində yeni layihənin hazırlanması ekspromt xarakter daşıyır. Son illərə qədər
Azərbaycanda prodüser
anlayışı işlədilmirdi.
Təbii ki, onun fəaliyyətinin geniş imkanları da bizə xırdalıqlarına
qədər məlum deyidir. Bu yaxınlarda
Milli Məclisdə teatrla bağlı məsələ müzakirə
olunarkən, prodüser
mərkəzlərinin yaradılması
qənaətinə gəlinmişdir.
Prodüser mərkəzləri
Azərbaycan kinemotoqrafiya
sahəsinə də aiddir".
Milli kino,
onun bugünü və gələcəyi üçün yaradıcı
gənclərlə işinin
son dərəcə aktual olduğunu nəzərə alaraq,
2007-2010-cu illərdə bu
fəaliyyətin əhəmiyyətli
şəkildə genişləndirilməsi
nəzərdə tutulur.
"2007-2010-cu illərdə kinematoqrafiya sahəsində
gənclərin yaradıcılıq fəaliyyətinin
inkişaf proqramı"
çərçivəsində kinonun ayrı-ayrı qolları üzrə
kompleks tədbirlər
həyata keçiriləcəkdir.
Proqram filmlərin istehsalı, onların yayımı, təbliği, həmçinin,
kino tənqidi sahələrinda çalışan
gənc mütəxəssislərə
özlərini sınamaq
üçün imkan
vermək, onların fəaliyyətində stimul
yaratmaq, daha istedadlı gənc sənətçiləri aşkar
etmək, audiovizual məhsul istehsalı ilə məşğul
olan şirkətlərə
dəstək vermək
və eyni zamanda, kinoda rəqabət tendensiyalarını
gücləndirmək məqsədi
daşıyır. 2007-ci il
fevralın 9-da "Bu
meydan, bu ekran" bədii filrn layihələri müsabiqəsi elan olunacaq.
Müsabiqəyə prodüser mərkəzləri, film istehsalı şirkətləri
tərəfindən istənilən
janr, format, uzunluqda olan layihə təqdim edilir. Filmin büdcəsi 30 min
manatdan artıq olmamalı, qalib şirkət filmi çəkib qurtardıqdan
sonra, onun bazar və festival
distribüsiyasını həyata
keçirməli və
altı ay ərzində filmin xərclərinin 30 faizini qaytarmalı və yaxud beynəlxalq kinofestivallarda professional mükafatı qazanmalıdır.
Əbülfəs Qarayev bildirdi ki, müsabiqəyə
mayın 10-na qədər
yekun vurulmalı və layihənin beş qalibi müəyyənləşdirilməlidir. Həmin layihələri təqdim edən şirkətlər cari ilin sonuna qədər
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə filmlərin istehsalını
həyata keçirəcək.
Nazirliyin 2006-cı ildə başladığı
layihə çərçivəsində
"EXA-prodakşn", "Azvideo", "Dərviş"
şirkətləri
tərəfindən cari ilin yanvar-iyun aylarında gənc
rejissorların quruluşunda qısametrajlı bədii
filmlərin istehsal edilməsi nəzərdə tutulub.
Nazir
bildirdi ki, "Bu meydan, bu ekran!" bədii film
layihələri müsabiqəsinin məqsədi kino
yaradıcılığına istedadlı gəncləri cəlb
etmək, onlara kinoda özlərini sınamaq üçün
imkan vermək, eləcə də film istehsalı ilə
məşğul olan şirkətlər arasında
rəqabət və fəaliyyətləri üçün
stimul yaratmaq məqsədilə Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
keçirilir. Müsabiqədə 37 yaşına qədər
olan kinematoqrafçılar iştirak edə bilərlər.
Dövlət
hesabına çəkilan filmlərin maliyyə
vəsaitinə sərf olunmasında bazar iqtisadiyyatı
dövründə yaşadığımıza görə,
prodüser mərkəzlərinin üzərinə
böyük məsuliyyət düşür. Azərbaycanda hazırda
10-15 prodüser mərkəzi
fəaliyyət göstərir.
Nazirlik tərəfindən
həmin müəssisələrə
imkan
yaradılır ki, öz işlərini stimullaşdırıb, formalaşdırsın.
Müasir dövrümüzdə
şou-biznesin kifayət
qədər qənaətbəxş
olmadığını nəzərə
çatdıran nazir
mədəniyyətdən uzaq olan proseslərin baş verdiyini vurğuladı. Şou-biznes
aləminə yenicə
qoşulmuş gənc
istedadlara dövlət
səviyyəsində qayğı
göstəriləcək və
onlara şərait yaradılacaq ki, dövlət tədbirlərində
çıxışlar etsinlər.
Məqam yetişdikcə
isə, kliplərinin çəkilməsinə nəzarət
olunacaqdır.
Əbülfəs Qarayev
qeyd olunan layihələr ətrafında
fikirlərini mətbuat
nümayəndələri ilə
bölüşdükdən sonra, "Akademı'ya" müsabiqəsində
qalib olan gəncləri mükafatlandırdı.
Nazirliyin qərarı
ilə dörd gənc istedada mükafat təsis edilmişdir. "Qranpri"
Zülfiyyə Xanbabayevanın
tələbəsi Şakir
Mərdanova təqdim olundu. Müsabiqədə
birinci yerə Aygün Kazımovanın yetirməsi olan Aytən Cəfərova, ikinci yerə İradə İbrahimovanın
tələbəsi Xəyyam
Mustafayev, üçüncü
yerə isə Samirə xanımın tələbəsi Rumil Mustafayev layiq görüldülər.
Nazir çıxışının
sonunda bir daha Gənclər Günü münasibətilə
bütün Azərbaycan
gənclərini təbrik
edib, onlara uğurlar arzuladı.
Səs.-
2007.- 3 fevral.- S. 12.