Nəzakət

 

Milli kinomuzun qızıl fonduna daxil edilən filmlərdə əsas rolların yaradıcısı

 

74 il ümür sürmüş Mustafa Mərdanov ümrünün bütün illəriniteatra bağlamışdır

 

Azərbaycan milli mədəniyyətinin, teatr kino sənətinin inkişafı haqqında bu gün büyük sevgi vüqarla süz açdıqda, unutmamalıyıq ki, bu sənətin təməlini qoyan, onu zaman-zaman inkişaf etdirən, təkmilləşdirən, formalaşdıran büyük qəlbli insanlar, ziyalılar təbəqəsi olmuşdur. Neçə-neçə onilliklərini məhz sənətin inkişafına həsr edən insanlar dünyalarını dəyişsələr , sənət tarixində mühtəşəm abidələrini ucaltmış, üzlərinə əbədiyaşarlığı əmək istedadları ilə qazanmışlar. Həyata gəlişləri ilə büyük əsərlərin müəllifinə çevrilən, illərin qanadında ümür yolunu elmə, mədəniyyətə, sənətin inkişafına həsr edən belə insanlar, zaman adlı məfhumun hər düvründə xalqın sevilən, seçilən üvladı kimi yaddaşlarda qalırlar. Onların yaradıcılıq yolunda əldə etdikləri uğurların hər biri sənətin inkişafına yünəldilmişdir. Azərbaycan xalqının belə istedadlı, sayseçmə üvladları kifayət qədər olmuşdur. Bu gün onlardan birinin doğum günüdür. Bu, Azərbaycan xalq artisti, aktyor Mustafa Mərdanovdur. Azərbaycan milli teatr kino aləmində yaratdığı obrazlar ona şührət qazandırmış, büyük aktyorlar səviyyəsinə yüksəltmişdi. Mustafa Mərdanov sənət fədailərimizdəndir desək, fikrimizdə heç bir mübaliğəyə yol vermiş olmarıq. Həqiqətən , sənətin qurban tələb etdiyi bir zamanda gəlib heç bir çətinliyi, qorxunu nəzərə almadan zəhmət istetadını bu yolda sərf etmək fədakarlıq nişanəsidir. Onun üçün sənət yolunda heç bir ülçü, çətinlik olmamışdı. Belə ki, sevdiyi sənət uğurunda çəkdiyi əzab-əziyyətlərdən, çətinliklərdən mənəvi qida almış, ümrünü dəyərli bir sənətə həsr etdiyini dərk etmişdi. Mustafa Mərdanov kişi obrazlarının mahir ifaçısına çevrilmiş, ümrünün son gününə qədər sənət aləmində istedadının gücü ilə bir-birindən güclü yaddaqalan obrazlar yaratmışdır.

 

Səs.-2007.-21 fevral.-S.12.