AMEA-da "Xocalı
soyqırımı" sərgisi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında
"Xocalı soyqırımı"
adlı sərgi təşkil edilib. AMEA dan APA-ya bildirilib
ki, sərgidə Xocalı soyqırımını
əks etdirən fotoşəkillər, 120-yə yaxın kitab və jurnallar nümayiş etdirilir.
Burada ingilis, fransız, rus, fars vo tiirk
dillərində nəşr
olunmuş kitab və jurnallar da var.AMEA İnsan
Haqları İnstitutunun hazırladığı
"Erməni terror və
quldur birləşmələrinin
bəşəriyyətə qarşı cinayətləri
(XIX-XXI əsrlər)" müxtəsər
xronoloji ensiklopediyası,
Səriyyə Müslümqızının
"Qar üstünə
qan yağırdı",
"Ümid olmasa, ölərəm" (ingilis
dilində), "Ölümdən
o yandakı Xocalı",
Nəsiman Yaqubovun
"Xocalı qırğını",
Fazil Güneyin "Qara qan", Ziyəddin Sultanovun "Xocalı faciəsi" kitabları da nümayiş etdirilən nəşrlər sırasındadır.
Sərgidə Azərbaycanın
Milli Qəhrəmanı,
mərhum jurnalist Cingiz Mustafayevin çəkdiyi lentlərdən
götürülmüş fotoşəkillər də
nümayiş etdirilir.
Sərgi
martın 5-dək davam
edəcək.
Ekspress.- 2007.- 23 fevral.- S. 13.