Rüstəm Z.
Film çəkmək
üçün şərait
olmalıdır
Artıq bir neçə aydır Türkiyənin
TRT kanalı vasitəsi
ilə "Dədə
Qorqud"
serialı
yayımlanır. Türk kinematoqrafçılarının
ərsəyə gətirdikləri
filmdə baş rolu Xalq artisti
Fuad Poladov oynayıb. Filmə dəvəti barədə
danışan aktyor türk rejissoru ilə tanışlığından
söz saldı.
Dedi ki, "Dədə Qorqud"da baş rola dəvət
almağının səbəbi
"Fatehlərin divanı"
filmində çəkilərkən,
türk rejissorları
tərəfindən bəyənilməsi
və ondan sonra həmin fılmə dəvət alması olub: "Çəkilişlər uğurla
keçir. Qeyd edim ki, "Dədə Qorqud" filminin iki rejissoru
var. İlk dörd seriyam Atilla Cander, qalan bölmələri
isə Çin Erker çəkib. Artıq fılmin 6 bölümü
yayımlanıb. Qalan hissələrin
çəkilişləri isə
davam edir". Xalq artisti türk
rejissoru ilə işləməyin bir o qədər çətin
olmadığını dedi.
O, Azərbaycanlı rejissorlarla
qonşu dövlətin
kinematoqrafçıları arasında elə böyük fərqin olmadığını dedi.
"Vacib olan budur ki, film çəkmək və filmə çəkilmək
üçün şərait
olsun", - deyə Fuad Poladov söylədi
ki, filmdəki bütün epizodlar Türkiyədə lentə
alınıb. F.Poladov
yaradıcılığının digər mərhələsindən
söz açaraq dedi ki, hazırda
"İbrus" Teatrında
Rüstəm İbrahimbəyovun
"Buninin son döyüşü" tamaşası
üzərində məşqlər
edir: "Tamaşanı
çox maraqlı mövzu əhatə edir. Bir türk Fransaya
səfər edir və orada başına
qeyri-adi hadisələr
gəlir. Həmin
macəraları izləmək
istəyirsinizsə, tamaşanın
may ayında keçiriləcək premyerasına gəlin. Təqdimat mərasimindən sonra yaradıcı qrupla həmin tamaşanı bir neçə ölkənin
teatrlarının səhnəsində
nümayiş etdirmək
nəzərdə tutulub".
Ayna.- 2007.- 21 fevral.- S.8.