Aslan A.

Xocalı anılır

Soyqırımın 15-ci ildönümü ilə bağlı tədbirlər davam edir


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Xocalı soyqırımının 15-ci ildönümünün qeyd olunması ilə bağlı xüsusi tədbirlər proqramı imzalayıb.
Proqramda ölkənin yerli mərkəzi icra orqanlarına soyqırımının anılması, bununla bağlı müxtəlif tədbirlərin keçirilməsi, Xocalı sakinlərinə diqqət, qayğının göstərilməsi tapşırığı verilib.
Sənəddə eyni zamanda xarici ölkələrdə soyqırımı ilə bağlı informasiya-təbliğat işlərinin aparılması da əksini tapıb. Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə diaspor təşkilatları ilə birlikdə müxtəlif tədbirlərin keçirilməsi tapşırığı verilib.
XÖYAİDK-nın mətbuat xidməti proqrama uyğun olaraq, komitənin təşkilatçılığı ilə keçiriləcək tədbirlərlə bağlı açıqlama yayıb. Komitədən "Ekspress"ə bildirildiyinə görə, fevralın 25- "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən bu ölkədəki Azərbaycan icması türkdilli xalqların diaspor təşkilatlarının, yerli ictimaiyyətinin KİV nümayəndələrinin iştirakı ilə soyqırımın 15 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Mərasimdə yerli ictimaiyyətə ölkə rəhbərliyinə bu hadisələrə düzgün qiymət verilməsi tələbiylə müraciətin qəbul edilməsi nəzərdə tutulub.
Xocalı qurbanları Avstraliyada da anılacaq. Avstraliya Azərbaycanlıları Cəmiyyəti tərəfindən təşkil olunacaq Xocalı soyqırımı Ermənistanın Azərbaycana təcavüzünü qınayan tədbir bu ölkənin Sidney şəhərində fəaliyyət göstərən Türk İraq Türkmənləri icmalarıyla birgə keçiriləcək.
Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan icması da türk diasporu ilə birgə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirəcək. Qazaxıstan, Özbəkistan Tacikistanda da anoloжi tədbirlər olacaq.
"26 fevral tarixi Türk dünyası Azərbaycan üçün acı günlər olmaqla yanaşı, insanlıq tarixində sözün əsl mənasında qara səhifədir". Bu fikirləri isə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı İqdır millət vəkili Dursun Akdemir söyləyib.
Dursun Akdemir 15 il öncə ermənilərin Xocalıda yüzlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirməsinin heç zaman unudulmayacağını bildirib. Onun sözlərinə görə, ermənilər tərəfindən insanlıq tarixinə yazılmış bu qara səhifə demokratiyanı dəstəkləyən dövlətləri çox düşündürməli utandırmalıdır.
Akdemirin dünya ictimaiyyətinin bu vəhşiliyə qarşı biganə qalmasından da təəssüfləndiyini bildirib. "Hesab edirəm ki, Azərbaycana qarşı törədilən bu haqsızlıqlar Türkiyənin üzvü olduğu ATƏT-in Minsk Qrupu tərəfindən aradan qaldırılmalı, ədalət yerini tapmalıdır".
Dünyanın müxtəlif ölkələrindəki Azərbaycan səfirlikləri fevralın 26-da Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı tədbirlər keçirəcək. Latviyada "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycan səfirliyinin dəstəyi ilə faciənin ildönümünə həsr olunan konfrans təşkil edəcək. Səfir Tofiq Zülfüqarov bildirib ki, həmin gün Latviya mətbuatında Xocalıda baş verən hadisələrə dair yazıların dərc olunacağı da gözlənilir.
Azər-Çex Cəmiyyətinin "Xocalını anma mərasimi" adlı tədbirləri isə fevralın 25-dən başlayacaq. Bu barədə cəmiyyətdən APA-ya verilən məlumata görə, tədbirlər Xocalı ilə oxşar tarixə malik Çexiyanın Lidiçe qəsəbəsində keçiriləcək. Məqsəd çex xalqına siyasətçilərinə Xocalı faciəsi ilə bağlı məlumatlar çatdırmaqdır.
Fevralın 26-da isə Brüsseldə Avropa Siyasi Araşdırmalar Mərkəzinin yerləşdiyi "Residens palace" binasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Təcavüzün qurbanları" adlı foto uşaq rəsmlərindən ibarət sərgi keçiriləcək.
Bu aradasa Azərbaycan parlamentinin nümayəndə heyəti Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilən beynəlxalq konfransda iştirak etmək üçün Hollandiyanın Lahey şəhərinə gedəcək.
Çikaqonun Нort Park Universitetində "XX XXI əsrlərin soyqırımları" mövzusunda seminar keçiriləcək. Seminarda Xolokost, Kambocada Ruandada baş vermiş kütləvi qırğınlar kimi tarixi hadisələrlə yanaşı, "erməni soyqırımı" haqqında məruzə dinlənilməsi nəzərdə tutulur. YAP isə seminarın proqramına uydurma "erməni soyqırımı"nın daxil edilməsi ilə əlaqədar təşkilatçılara etiraz məktubu ünvanlayıb.
Dünən isə Bakıda Xocalı soyqırımının ildöünümü ilə bağlı bir neçə tədbir keçirilib. Azərbaycan Qaçqın Məcburi Köçkün Gənclər Təşkilatının, DAK-ın, "Həsrət Yolu" Əsir Girovlara Kömək İctimai Birliyinin ayrı-ayrılıqda keçirdikləri tədbirlərdə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün lazımi işlərin aparılmasının vacibliyi vurğulanıb.

Ekspress.- 2007.- 23 fevral.- S.5.