Zəhra

 

Kinematoqrafiya tariximizin dilsiz şahidləri haradadır?

 

Dövlət Film Fondunda saxlanılan kameralar, kinoproyektorlar yüzlərlə ekran əsərinin çəkilməsində və nümayişində iştirak edib

 

Azərbaycan ekran sənətinin yaddaşı sayılan Dövlət Film Fondunda milli kinomuzun yaradılması prosesində istifadə edilmiş köhnə kameralar film nümayişi avadanlıqları qorunub saxlanılır. Bunların sırasında ən yaşlı avadanlıq "Derbi" adlı kameradır. Bu kamera XX əsrin əvvəllərində Fransada istehsal olunub. İstər sənədli, istərsə bədii filmlərin çəkilişlərində istifadə olunan bu kameranı Azərbaycan kinosunun görkəmli operatorları Əlisəttar Atakişiyev, Muxtar Dadaşov, Camal İsmixanov, İvan Frolov başqaları işlədiblər. "Bismillah", "Sevil", "Almaz", "Bakılılar", "Kəndlilər" kimi məşhur filmlər məhz bu kamera vasitəsilə lentə alınıb. 1950-ci il Almaniyada istehsal edilmiş "Pentofleks" adlı kamera da fondda saxlanılan dəyərli kino avadanlıqları sırasındadır. Bu kamera vasitəsilə 16 millimetrlik filmlər çəkilib. "Pentofleks"dən həvəskar çəkilişlərdə televiziyada müxtəlif reportajların hazırlanmasında istifadə edilib. Fondda qorunan "Konvas" kamerası "Dədə Qorqud", "Yeddi oğul istərəm", "Babək", "Bir cənub şəhərində", "Gün keçdi" kimi gözəl filmlərin ekranlaşdırılmasında iştirak edib. Görkəmli operatorlar Arif Nərimanbəyov, Teyyub Axundov, Rasim Ocaqov Rasim İsmayılovun istifadə etdikləri "Konvas"ın əsas müsbət xüsusiyyəti yüngül olması buna görə əldə tutaraq çəkiliş aparmağa imkan verməsidir. Bu cəhətinə görə ondan sənədli filmlərin, reportajların çəkilişində geniş istifadə edilib. İlk vaxtlar "Konvas" üçobyektivli olub. Sonralar isə birobyektivli "Konvas"lar yaradılıb. Sovet istehsalı olan "Konvas" 80-ci illərin sonlarına qədər işə yarayıb. Sonralar onun yerini Almaniyanın "Orifleks"i əvəz edib. Fondda qorunub saxlanılan kameralardan biri "Soyuz-sinxron"la "Birisigün gecəyarısı", "Arxadan vurulan zərbə", "Mezozoy əhvalatı" kimi filmlər çəkilib. Xüsusi çəkilişlər üçün nəzərdə tutulan, 50-ci illərə aid "PSK" məşhur filmlərdən "Bir qalanın sirri", "Sehrli xalat" kimi ekran işləri çəkilərkən işlədilib. Film Fondundakı film nümayişi avadanlıqlarıkinoproyektorlardan biri əsrin əvvəllərinə aiddir səssiz kino nümayişi üçündür. Digər bir kinoproyektor 1947-ci ildə buraxılıb onun vasitəsilə 16 millimetrlik filmlər göstərilib. Bu tipli avadanlıqlar sırasında "KPT-7", "KN-20" markalı kinoproyektorlar da var.

 

525-ci qəzet.-13 fevral.-S.7.