Zəminə
İctimai televiziyanən növbəti uğuru
İctimai televiziya
və radio verilişləri şirkəti 2007-ci ildə ilk
uğurlu layihəsinə imza atıb. Telekanalın
rejissoru Xürrəm Sultan Türkiyə dövlətindən dəvət
alıb və növbəti yaradıcılıq
işini orada həyata keçirib. On gün davam
edən çəkilişlər
ilk cümhurbaşqanı
Atatürkün həyat
və yaradıcılığına
həsr edilib. Rejissor yaradıcı heyətlə İstanbul və Ankaranın tarixi yerlərində olub, eləcə də ziyalıları ilə çəkilişlər
aparıb. Onun qonaqları arasında Ülkü Adatepe, Atatürk Dil Tarix Yüksük Qurumunun başkanı Sadiq Tural, yazıçı
İlknur Güntürk
Kalıpca və başqaları olub.
Eyni zamanda, rejissor ekran işinə sənədli
kadrlar, 1915-37-ci illəri
əhatə edən foto kadrlar daxil
edib. 4 hissəli filmin çəkilişləri
artıq yekunlaşıb
və İctimai Telekanaldan seyrçilərin
ixtiyarına veriləcək.
Sözügedən filmdə
yalnız bəstəkar
Ülviyyə Vəliyevanın
musiqisindən istifadə
olunub. Bakı Musiqi Akademiyasının
4-cü kurs tələbəsi
olan Ülviyyə Vəliyevanın musiqilərindən
buna qədər bir çox tele-layihələrdə istifadə olunub. Ötən il gənc bəstəkarın
"Həsrət" adlanan
instrumental diski işıq üzü görüb. Hazırda
yeni musiqi nömrələri üzərində
çalışan Ülviyyə
xanımı, eyni zamanda, müğənnilərlə
də yaradıcılıq
telləri bağlayır.
Ayna.-2006.-1 fevral.-S.8.