Zümrüd

 

“Sevgi yolları” nın təqdimat mərasimi keçirildi

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində gənc müğənni Afaq Axundovanın "Sevgi yolları" adlı debüt klipinin təqdimat mərasimi keçirildi. Klipin sözləri Rəna Mirzəyevaya, musiqisi Hikmət Mirməmmədliyə məxsusdur. Afaq Axundova ilk musiqi təhsilini Lökbatan musiqi məktəbində, sonra isə Milli Musiqi Akademiyasında Ofeliya Axundovanın vokal sinfində vokaldan dərs davam etdirilmişdir. Müğənni hazırda bəstakar Nailə Mirməmmədlinin tələbəsidir.

Təqdim edilən "Sevgi yolları" klipi ürik janrda lentə alınmışdır. Klipin rejissoru Elnaz Əblucdur. Afaqının belə bir mövzuya müraciət etməsinin əsas səbəbi, onun söziərinə görə, lirik janrın müğənniyə daha yaxın olmasından irəli gəlir. Artıq şou-biznes aləmində üç ilə yaxın fəaliyyət göstərən Afaq qalmaqaldan, artıq söz-söhbətdən uzaq olmağa, imkan dairəsində ucuz şan-şöhrət gətirən bu cür şou-biznesdən kənarlaşmağa çalışacağmı bildirdi. Əgər bu gün sənəti ilə, səhnə mədəniyyəti ilə sevilməyə imkan varsa, nədən ötrü qalmaqada gündəmdə qalmağa çalışmalıdır. "Sevgi yolları"nı qələmə alan Rəna Mirzəyeva klip təqdimatı zamanı, rejissor işindən tam razı qalmasa da, pis alınmadığını söylədi. Çünki o, nəzərində bu klipin tamam başqa bir formada çəkiləcəyini təsəvvür edirmiş. Xatırladım ki, Rəna Mirzəyevlə Hikmət Mirməmmədli artıq bir neçə ildir ki, işbirliyi qurublar. Artıq R. Mirzəyevanm 50-yə yaxın şeirinə klip çəkilib. Hazırda Röyanın ifa etdiyi "Əlvida, gedirəm" mahnısının sözləri də ona məxsdur.

 

Səs.- 2007.- 13 fevral.- S. 12.