Fevralın 5-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan
Musiqisi Festivalının
açılış mərasimi
keçirilmişdir.
Foyedə XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli
nümayəndələrinə həsr olunmuş fotosərgi nümayiş etdilirdi.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəni irsin formalaşmasında bu tədbirin əhəmiyyətini
vurğulayaraq bildirmişdir
ki, festivalın keçirilməsindən əsas
məqsəd milli musiqimizin nailiyyətlərini,
ifaçılıq məktəblərinin
uğurlarını
regionlarda təbliğ
etmək, habelə gənc ifaçıların
daha çox Azərbaycan musiqisinə cəlb olunmasına təkan verməkdir.
Qeyd olunmuşdur ki, 2008-ci ildə "Leyli və Məcnun"
operasının səhnəyə
qoyulmasının və
milli peşəkar bəstəkarlıq məktəbinin
yaradılmasının 100 illiyi
qeyd olunacaqdır. Geniş əhali kütləsini Azərbaycanın
dahi bəstəkarlarının
əsərləri ilə
tanış etmək üçün iki il ərzində bu festivalın keçirilməsi qərara
alınmışdır.
Sonra Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin (bədii rəhbər və baş dirijor əməkdar incəsənət xadimi Teymur Göyçayev) ifasında dahi bəstəkarlarımızın əsərləri səslənmişdir.
Bakıda başlanmış
festival fevralın 7-dən dörd gün ərzində Sumqayıtda, sonra isə respublikamızın
müxtəlif bölgələrində
davam edəcəkdir.
Azərbaycan.-2007.-6 fevral.-S.4.