Böyük bəstəkarın doğum günü qeyd olunmuşdur

 

Fevralın 5-i zəmanəmizin məşhur bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət mükafatları laureatı Qara Qarayevin doğum günüdür. Böyük bəstəkar özünün çoxşaxəli musiqi yaradıcılığı dövründə dünya musiqi xəzinəsinə xalqımızın milli ənənələrinə təfəkkür xüsusiyyətlərinə əsaslanan klassik polifoniya formalarında yazılmış çoxlu əsər bəxş etmişdir. "Yeddi gözəl", "İldırımlı yollarla" baletləri, kino musiqisi, müxtəlif mövzulara həsr olunmuş simfonik əsərləri böyük bəstəkarın hələ sağlığında dünya musiqi incilərindən ibarət qızıl fonda daxil edilmişdir.
AzərTAc xəbər verir ki, fevralın 5- ölkənin musiqi ictimaiyyətinin nümayəndələri, tanınmış bəstəkarlar musiqisevərlər anadan olmasının 89-cu ildönümü münasibətilə bəstəkarın Fəxri xiyabandakı məzarı ətrafına toplaşmışdılar. Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, böyük bəstəkarın doğmaları, musiqi ictimaiyyətinin nümayəndələri Qara Qarayevin məzarı üzərinə əklillər gül dəstələri qoymuşlar.

 

Azərbaycan.-2007.-6 fevral.-S.4.