Bəşəriyyətə qarşı ən ağır cinayətlərdən olan Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşından silinməyəcəkdir

 

Azərbaycan Prezidenti İlham Əliyev faciə qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir
On beş il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinləri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə erməni qəsbkarları tərəfindən qəddarcasına qətlə yetirilmişlər.
Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi Azərbaycan xalqının qan yaddaşına yazılmışdır. Bu dəhşətli qırğın daim Azərbaycan torpaqlarına göz dikən ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq məqsədi ilə xalqımıza qarşı yeritdikləri məkrli siyasətin daha bir qanlı səhifəsidir. Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız tərəfindən ürək ağrısı ilə qeyd olunur. Bu günlər dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir.
15 il əvvəl Xocalı şəhərində törədilmiş qırğın zamanı 613 nəfər qəddarlıqla qətlə yetirilmişdir.
Onların 83-ü uşaq, 106- qadın, 70-i qoca idi. Şəhərdə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Həmin dəhşətli hadisədə 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. Onların çoxunun aqibəti indiyədək məlum deyildir. O vaxtın qiymətləri ilə dövlətin əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan dəymişdir.
Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin xalqımıza müraciətində vurğulanır ki, bu faciə davakar erməni millətçilərinin yüzilliklər boyu türk Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına qəddarlığına görə həm bəşəriyyətə insanlığa qarşı törədilmiş cinayət idi. Bununla onlar Azərbaycan xalqının mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin onların bu niyyətləri baş tutmadı. Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmayacaq, erməni cəlladlar öz layiqli cəzalarını alacaqlar. Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq insanlıq borcumuzdur. Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Azərbaycan paytaxtının minlərlə sakini faciə qurbanlarının xatirəsinə ucaldılmışVətən harayıabidəsinin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı İlham Əliyev abidənin önünə əklil qoydu. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə şirkət rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun beynəlxalq təşkilatların təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri, habelə Xocalı qırğınından xilas ola bilmiş sakinlər iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Xalq qəzeti.- 2007.- 27 fevral.- S. 1.