Zəhra

 

Gənclər ilinə həsr olunan musiqi gecəsi keçirilib

 

Bakı Musiqi Akademiyasında "Gələcək gənclərindir" devizi altında klassik musiqi gecəsi keçirilib. "Bizim gənclik" İctimai Birliyinin Bakı Musiqi Akademiyasının birgə təşkil etdikləri gecəyə bir sıra tanınmış ictimai xadmlər, dövlət biznes adamları qatılıblar. Tədbir xeyriyyə xarakteri daşıdığından uşaq evlərində məskunlaşan valideyn himayəsindən məhrum olan balacalar da gecəyə qonaq qismində dəvət ediliblər. "Bizim gənclik" İctimai Birliyinin sədri Şəmsi Axundov musiqi gecəsinin Gənclər ili çərçivəsində təşkil edilən ilk tədbirlərdən olduğunu bildirib: "Gənclərimizin daha uğurlu işlərə imza atmaları respublikamızın mədəniyyətinin, incəsənətinin digər sahələrin xarici ölkələrdə tanınmasına təkan verəcək. Gənclər bizim gələcəyimizdir. Biz gələcəyimizin inkişafı üçün gənclərə hər bir işdə dəstək olmalıyıq". Tədbir "Şeron" qrupunun, "Akademiya" "Yeni ulduz" müsabiqələri finalçılarının iştirak etdikləri konsert proqramı ilə yekunlaşıb.

 

525-ci qəzet.-2007.-13 fevral.-S.7.