Azərbaycanın Belçika
Krallığındakı səfirliyindən
AzərTAc-a bildirmişlər
ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
və fondun dəstəyi ilə fevralın 26-da Brüsseldə
Avropa Siyasət Mərkəzinin yerləşdiyi
“Residence Palace” binasında Xocalı
soyqırımının 15-ci ildönümünə həsr
olunmuş “Təcavüzün
qurbanları” adlı foto və uşaq
rəsmlərinin sərgisi
təşkil edilmişdir.
Sərgiyə Brüsseldə akkreditə
olan diplomatik korpusun təmsilçiləri,
Avropa İttifaqı qurumlarının rəsmiləri,
Avropa Parlamentinin üzvləri, digər beynəlxalq qurumların, qeyri-hökumət və ictimai təşkilatların, o cümlədən Benilüks
ölkələrindəki Azərbaycan
diaspor təşkilatlarının
nümayəndələri
dəvət olunmuşdular.
Tədbirdə Heydər
Əliyev Fondu tərəfindən hazırlanmış
və Xocalı soyqırımına həsr
edilmiş xüsusi sənədli film nümayiş olunmuş, qonaqlara faciə ilə bağlı materiallar paylanmışdır.
Benilüks ölkələrində
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatlarları Ermənistanın
Brüsseldəki səfirliyi
qarşısında və
Avropa İttifaqının
əsas təsisatlarının
yerləşdiyi Şuman
meydanında etiraz aksiyaları keçirmiş
və bəyanat təqdim edilmişdir.
Yerli və xarici mətbuat orqanlarının nümayəndələri
tədbirləri geniş
işıqlandırmışlar.
Xalq qəzeti.- 2007.- 27 fevral.- S. 1.