Xatun
Şou-biznesi qəbul etmirəm"
83 yaşını
haqlayan Şəfiqə Axundova: "Bu gün də mahnı
yazıram, yoxsa yaşaya bilmərəm
1940-cı ildən musiqi
ilə məşğulam. İndi 83
yaşım var, bu gün də
mahnı bəstələyirəm,
yoxsa yaşaya bilmərəm. Yüzlərlə
mahnı, 65 dram tamaşasına musiqilər
yazmışam. Bu tamaşalar Naxçıvan,
Lənkəran, Gəncə,
Şəki, Bakıda
fəaliyyət göstərən
teatrlarda səhnələşdirilib.
Şərqin ilk opera yazan qadın
bəstəkarıyam, bununla
fəxr edirəm. Dahi Üzeyir Hacıbəyovdan 8 il dərs almışam. O həmişə mənə
sərf etdiyi vaxta heyfi gəlmədiyini
bildirirdi. Məni Opera və Balet
Teatrında da işə Üzeyir bəy düzəltmişdi".
83 yaşı tamam olan bəstəkar Şəfiqə Axundovanın
fikrincə, bu gün onu tək
maddi sıxıntılar
narahat etmir. Müğənnilərin ona
qarşı soyuq münasibətlərindən giley
edən Şəfiqə
xanım cavan yaşlarında da az sıxıntılar keçirməyib:
"Bu sənətdə
olmaq üçün
çox ağır yollar keçmişəm.
Dünyanın ən çətin dərdlərinə
belə səbrlə yanaşmışam. Bununla
da mən udmuşam. Nə cür ağır şərait olursa olsun, mahnı bəstələməkdən əl
çəkə bilmirəm.
Gecə yatanda da pianonun şirmayı
dillərinin səsi qulağıma gəlir. Bu yaxınlarda "Ömürdən bir gün də keçdi" musiqisini bəstələmişəm. Doğum
günüm üçün
yazılan mahnılar həmişə məni kövrəldir. Həm də ona görə
kövrəlirəm ki,
ad günümdə heç kim məni yada salmadı, bir kimsənin yadına düşmədim. Bəstəkarlar
İttifaqı artıq
neçə ildir ki, mənimlə maraqlanmır. Neçə
illərdir səhhətimlə
bağlı dəniz sahilində dincəlməyə
balaca bir daxma istəyirəm. Hacıbala Abutalıbova, Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevə ərizə yazıram, gedib çatmır. Üzeyir Hacıbəyovdan sonra həyatda heç kim mənə kömək etməyib".
Şəfiqə xanım
deyir ki, insan cavanlığında
yox, yaşa dolanda istiqanlılıq, diqqət, həmdəm umur. Bunlardan məhrum olanda isə yaşamaq çətindir. "İndiki
gənclərə sənətə
çox aludə olmamağı tövsiyə
edirəm. Mənim bir neçə övladım ola bilərdi, amma vaxtımı sənətə
həsr etdim, bir də ayıldım
ki, yaşa dolmuşam, həyat yanımdan ötüb keçir. Hər şeyi sənətə qurban verməyimə həm təəssüflənirəm,
həm də yox. İnsanın özünə "Mən
nə üçün
yaşayıram" sualını
verməsi çox pisdir. Xalqın içərisində olanda
səmimiyyətlə və
böyük məhəbbətlə
qarşılanıram. Sənətkarın mükafatı xalqın məhəbbətidir. Çox
fəxr edirəm ki, televiziyanın qızıl fondunda mahnılarım saxlanılır
və daim qalacaq" deyən Ş.Axundova söyləyir
ki, bir zamanlar
əlindən tutub səhnəyə gətirdiyi
insanlar illərdir bəstəkarın qapısını döymürlər:
"Ömrümə çox
az qalıb, bu gün onların
bir xoş sözünə çox ehtiyacım var. Giley-güzar eləsəm
də, onlardan incimirəm. Bir tərəfdən yaradıcılıq
başlarını qatıb,
ailə dolandırırlar.
Amma bir tərəfdən də biganəlik göstərirlər.
Mən Üzeyir bəyin vəfatına qədər ona baş çəkir, xətrini xoş edirdim. Efirdən mahnılarımı eşidəndə
fərəh hissi keçirirəm. Bu günlərdə Türkiyə
kanallarının birində
yayımlanan "Min bir gecə" filmində gördüm ki, "Laylay" mahnım ifa olunur. Gözlərim doldu. İbrahim Tatlısəs "Nədən
oldu", Bengül
"İntizar" mahnımı
oxuyurlar. Buna çox sevinirəm. Azərbaycan musiqisinin bu qədər sevilməsinə fərəhlənirəm".
"Klassik musiqiyə
müasir çalarlar
gətirilməsini qəbul
edirsinizmi?" sualına
cavab verən bəstəkar xanım deyir ki, buna
peşəkar gözü
ilə yanaşanlar barmaqla göstəriləcək
saydadır:
"Bəzən elə
mahnılar eşidirəm
ki, bir şey
anlaya bilmirəm. Musiqi yazıldığı
an başa düşülməlidir, yoxsa
o mahnı yaşamayacaq. Mən şou-biznesin nə olduğunu bilmirəm və qəbul etmirəm. Səhnədə
sənət göstərmək
lazımdır, soyunmaq
yox. Bizim vaxtımızda qalmaqallar da çərçivədə
idi, sənətçilər
arasındakı qalmaqaldan
tamaşaçının xəbəri
olmazdı. İndi açıq-açığına
efirdə bir-birlərinə hücum edib, qeyri-etik ifadələr işlədirlər.
Yadımdadır, mənə
Şövkət Ələkbərova
ilə işləmək
çox rahat idi. Eyni zamanda,
Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədovun
səsinə qulaq asıb gözəl mahnılar yaratmışam.
Amma indi istedadlı cavanlar səslə yox, qalmaqalla məşhurlaşmaq
istəyirlər".
Ayna.-2007.-13 fevral.-S.8.