Musiqi alətlərimizə xəyanət

 

Hər dəfə sözə baxmayanda nənəm mənə deyərdi ki, dayına deyəcəm bu həftə bazara gedəndə sənə bir düdük alsın. Hər dəfə nənəm bunu təkrar edər, hər dəfə mən nənəmə inanardım. İnanardım ki, mənim vaxfsa bir tütəyim olacaq. ("Uşaqlıq xatirələrim"dan)

Ermənilər Azərbaycan ərazilərini işğal etdikdən sonra, Azərbaycan musiqisi musiqi alətlərinin mənimsənilməsini daha qabarıq, daha nümayişkaranə şəkildə həyata keçirməyə başlayıblar. Bu üzdəniraqlar onlarla internet saytları yaradaraq, Azərbaycanın musiqi alətlərinin erməni xalqına məxsusluğu barədə beynəlxalq mətbuatda təbliğat aparırlar. Bir balaca tarixi keçmişimizə nəzər salsaq bu ənənənin əsasının illərcə bundan qabaq məhz bizim gözlərimiz qarşısında qoyulduğunun şahidi olarıq. Zamanında isə ermənilərin bu əməllərinə qarşı heç vaxt etiraz etməmişik. Azərbaycan torpaqları 1828-ci ildə İran və Rusiya arasında bölüşdürüldükdən sonra, bu ərazilərə müxtəlif ölkələrdən ermənilərin köçürülüb süni surətdə məskunlaşdırılması daha da gücləndirildi. Ermənilər nə qədər ki azlıq təşkil edirdilər, yenicə məskunlaşdıqları Azərbaycan torpaqlarındakı yerli əhali ilə tez dil tapıb qaynayıb-qarışırdılar. Onlar azərbaycanlıların toy şənliklərində, bayramlarında həvəslə iştirak edirdilər. Özləri ilə müxtəlif ölkələrdən gətirdikləri hind, ərəb, fransız musiqiləri burada işə yaramadığından, onlar, Azərbaycan xalq musiqisini və dilini tez mənimsədilər və öyrəndilər. Ermənilər dünyada köçəri həyat sürdüklərindən, özlərinin milli mədəniyyətləri və musiqiləri hələ inkişaf etməmişdi. Sirr deyildir ki, erməni poeziyasının və musiqisinin banisi sayılan Sayat-Nova XX əsrin əvvəllərində yaşayıb-yaratmışdır. Maraqlıdır ki, erməni klassiki sayılan Sayat-Nova öz yaradıcılığında istifadə etdiyi çox şeyləri azəri türk mədəniyyətindən ərz etdiyini etiraf edirdi. Ermənilər Azərbaycan musiqisinə elə alışmışdılar ki, artıq özlərinin toy və digər şənliklərində yalnız Azərbaycan musiqisindən istifadə edirdilər. Bununla da onlar hərh də Azərbaycanın ifaçılıq sənətini mənimsəməyə başladılar. Onlar az bir zamanda tar, kamança, dəf, tulub, zərb, balaban, zurna, nağara kimi alətlərdə çalmağı nəinki öyrəndilər, hətta onu azərbaycanlı uşaqlara tədris etməyə başladılar. Təsadüfi deyil ki, XVIII-XIX əsrlərdə Azərbaycanda bir çox adlı-sanlı muğam üçlüyünün kamança çalanı erməni millətindən olanlar idilər. Ermənilər Azərbaycanın bir çox nüfuzlu musiqi kollektivlərində çalışır, özlərinin ifaçılıq məharətlərini inkişaf etdirirdilər.

Azərbaycanm musiqi sənəti ermənilərə o qədər doğmalaşmışdı.ki, onlar Azərbaycan xalq musiqisini, bəstəkar mahnılarını, erməni musiqisi mahnıla kimi təqdim etməyə başladılar, Hətta indinin özündə belə, Azərbaycan xalqına qarşı nifrət, milli ədavət hissləri qızışdıran hər bir erməni ailəsində dünyaya gələn körpə Azərbaycan musiqisi ilə göz açır. Ola bilsin ki, zaman gələcək Azərbaycan musiqisi ilə böyüyən bu uşaqlar, öz ata babalarının bu kimi hərəkətlərinin ümumbəşəri humanist hisslərə zidd olduğunu anlayacaq, ömürləri boyu Azərbaycan musiqisindən aldıqları həzzə görə Azərbaycan xalqına və millətinə minnətdar olacaqlar. Hələlik ermənilər özlərinin çoxsaylı saytlarında Azərbaycan xalq musiqi alətlərini erməni milli musiqi alətləri kimi təqdim və bəzilərinin adlarında dəyişiklik edərək; məsələn, yastı balabanı, düdük (tütək), dəf, zərb, tulub, tütək, nağara kimi alətlərimizin adlarını isə, doop, parkapzuk, şvi, paku adlandırsalar da, tar, kamança, zurna kimi alətlərimizin nə adlarını, nə də formalarını dəyişdirə biliblər.

Erməni dilinə bələd olmayanlar bilməlidirlər ki, bu gün erməni orfoqrafiyasında səslənən düdük sözü, ermənilərə Azərbaycandan gəlmədi, bu söz , bu düdük elə bizim özümüzündür.

 

Mədəniyyət.- 2007.- 16 fevral. –S. 5.