Qəhrəmanova
K.
Milli musiqimizin
beşiyi başında
Yüksək
milli-mənəvi dəyərlərə malik Azərbaycan
xalqı zaman-zaman təzyiqlərə,
təcavüzlərə məruz qalsa da, öz zəngin
mədəniyyətini, dinini, dilini qoruyub, saxlamış, onu
inkişaf etdirərək dünya xalqları ilə yanaşı
yaşamaq haqqını qazana bilmişdir. Xalqımız
dünya mədəniyyətinə öz incilərini
bəxş etmiş, bu torpaqda doğulub boya-başa
çatmış minlərlə istedadlı Vətən
övladı Azərbaycanın adını göylərə
ucaltmışdır.
Milli
mədəniyyətimizin bir hissəsi olan musiqimizin neçə-neçə
korifeyi sərhədlər aşaraq dünyanın ən
möhtəşəm saraylarında tamaşaçıları
heyrətə gətirmişdir. Ü.Hacıbəyov,
M.Maqomayev, Q.Qarayev bəstəsi, Niyazinin sehrli barmaqlarının
möcüzəsi, Rəşidin səsi, nəfəsi
qarşısında dilinə, dininə, əqidəsinə
görə fərqli-fərqli xalqlar baş əymiş, bu dahi
sənətkarların mənsub olduqları xalqa qibtə,
hörmət, məhəbbət hissi
bəsləmişlər.
Artıq uzun
illərdir ki, ölməz Bülbülün adını
daşıyan orta ixtisas musiqi məktəbi musiqi
mədəniyyətimizin inkişafı istiqamətində
böyük işlər görür. Bu musiqi məbədi
klassik və müasir musiqi janrlarının tədrisi, bu
sahədə musiqi mütəxəssislərinin
yetişdirilməsi ilə bağlı
ənənələrinə indi də sadiqdir. Burada 500-dək
şagird Azərbaycan klassik musiqisinin sirlərini
öyrənir, 200-dək müəllim çalışır.
Azərbaycan mədəniyyətini dünya miqyasında
ləyaqətlə təmsil edən
neçə-neçə sənətkar musiqi aləmində
ilk addımlarını məhz bu müqəddəs məbəddə
atmış, körpə fidanlar kimi
pöhrələnərək qol-qanad açmışlar.
Əsası dahi
Üzeyir bəy tərəfindən qoyulmuş bu müqəddəs
təhsil ocağında təkcə gələcəyin
musiqiçiləri yetişdirilmir, onların ilk
növbədə əsl vətəndaş kimi
yetişməsinə, formalaşmasına
çalışır, hərtərəfli inkişafına
şərait yaradılır. Məktəbdə
çalışanların əksəriyyəti
qadınlardır. Kollektivə fəlsəfə elmləri doktoru
Nigar Cərullaqızı rəhbərlik edir. Məhz onun
mükəmməl, yüksək
təşkilatçılığı nəticəsində
bu məktəbdə müəllim-şagird,
məktəb-valideyn münasibətləri səmimiyyət
üzərində qurulmuşdur ki, bu da müasir
tələblər baxımından yüksək
qiymətləndirilir. Hər bir valideyn öz
övladını bu təhsil ocağına böyük
məmnuniyyətlə gətirir. Düşünürsən
ki, yalnız belə bir mühitdə intellektual
səviyyəli, həyata, cəmiyyətə yararlı
vətəndaşlar yetişdirmək mümkündür. Sevinirəm
ki, qızım Gülşən də burada təhsil alır.
Mən Nigar
xanımı təcrübəli pedaqoq, gözəl
rəhbər, filosof, ən başlıcası isə yüksək
mənəviyyatlı insan kimi tanıyıram. Nigar
Cərrullaqızı həm də Rəssamlıq
Akademiyasının professorudur. Onunla hər mövzuda
söhbət etmək və bu söhbətdən
yüksək zövq almaq mümkündür. O hər kəsi
öz dilində danışdırmağı bacarır,
heç kəsin qəlbini qırmır. Eyni zamanda ciddi və
tələbkardır. Rəhbərlik etdiyi kollektivdə
yaxşı bilirlər ki, son dərəcə prinsipial,
fikrində qəti, möhkəm əqidəli olan Nigar
xanımın ən böyük arzusu bu böyük ailənin
üzvləri arasında sağlam mühit yaratmağa,
tədris prosesini müasir tələblər səviyyəsində
qurmağa nail olmaqdan ibarətdir.
Tədris
ocağının inkişafında böyük
xidmətləri olan Nigar xanım deyir: "Ulu öndərimiz
təhsili millətin gələcəyi hesab edir, ona həmişə
qayğı göstərirdi. Bu gözəl
ənənənin davamçısı, ölkə Prezidenti
İlham Əliyev isə demişdir: "Müasir dünyada
hər şeyi bilik, savad, təhsil həll edir." Onun bu
sözləri biz təhsil işçilərinin
məsuliyyətini daha da artırır. 3 illik prezidentliyi
dövründə ölkə başçısı bir
neçə dəfə təhsil işçilərinin
maaşlarının artırılması haqqında
sərəncam verib. Bu il yanvarın 22-də isə
ölkə prezidenti növbəti dəfə belə bir
addım ataraq fevral ayının 1-dən
müəllimlərin əmək haqlarının 25 faiz
artırılması barədə sərəncam imzalamışdır.
Bu böyük qayğıya görə dövlətimizə,
onun rəhbəri İlham Əliyevə minnətdar olmalı
və üzərimizə düşən vəzifəni
şərəflə yerinə yetirməliyik.
Nigar xanım
Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru
kimi milli musiqimizin inkişaf etdirilməsində əsil
vətəndaş mövqeyindən çıxış edir.
Ömrünün altıncı onilliyinin tamamında belə
işləmək həvəsi bitib tükənmir. Nigar
xanıma və onun rəhbərlik etdiyi kollektivə uğurlar
diləyir, daha çox həvəslə, daha çox inamla
çalışmağı arzulayıram. Elə bilirəm
ki, bu, onu tanıyan hər kəsin istəyidir.
Respublika.-
2007.- 4 fevral.- S. 7.