Canbaxışlı N.

 

Xocalı abidəsi protokol qaydalarına salınacaqmı?

 

Ötən əsrin əvvəllərində guya türklər tərəfindən törədilmiş qondarma erməni soyqırımına İrəvanın mərkəzində abidə qoyulub onun ölkəyə gələn hər bir əcnəbi siyasətçi tərəfindən rəsmi ziyarəti dövlət səviyyəsində protokol qaydalarına daxil edilib. Azərbaycanda da 15 il əvvəl Xocalı qətliamı kimi dəhşətli qırğın törədilib, amma biz hələlik, bu müdhiş olayın reallığını dünyaya çatdırmağın yollarını tapa bilməmişik. Məsələ ondadır ki, biz Bakının mərkəzində - Xətai rayonu ərazisində Xocalı soyqırımına dair abidə ucaltmışıq, amma onun yerini nəinki xaricdən gələn siyasətçilər, heç yerlilərin çoxu bilmir. O zaman Azərbaycan hökuməti niyə onu rəsmi protokol qaydalarına salmır ümumiyyətlə, belə bir prosesin reallaşdırılması faciənin tanınması üçün dərəcədə effekt verərdi?
   Millət vəkili, YAP-ın icra katibi Əli Əhmədov millət vəkili Cəmil Həsənli parlamentdə çıxışları zamanı Xocalı soyqırımı ilə bağlı zəruri tədbirlərin görülməsini vacib sayıblar. Daha dəqiq desək, millət vəkilləri şəhərin mərkəzində belə bir abidənin ucaldılmasını onun rəsmi protokol qaydalarına salınmasını təklif ediblər.
   Xarici İşlər Nazirliyinin Mətbuat İnformasiya İdarəsinin rəhbəri Tahir Tağızadə məsələ ilə bağlı XİN-in mövqeyini açıqladı. O bildirdi ki, bu proses Prezident Aparatı tərəfindən həyata keçirildiyindən protokol qaydaları ilə XİN məşğul olmur: "Şəxsi mövqeyimə gəlincə, Xocalı faciəsi ilə bağlı ucaldılan abidənin rəsmi şəxslər tərəfindən ziyarəti protokol qaydalarına salınsa, daha yaxşı olar".
   Məsələ ilə bağlı Prezident Aparatı protokol şöbəsinin rəsmisi Elçin Bağırovun da mövqeyini öyrənməyə çalışdıq. Amma o, bu barədə açıqlama vermək istəmədi.

Həftə içi.-2007.-28 fevral.-S.2.