Qılman İ.

 

Mahir ifaçı

 

 Biz onun adıını çəkərkən dərhal möcüzəli qarmonu yadımıza duşür. Zakiri qarmonçu, qarmonu isə Zakirsiz təsəvvür etmək çox çətindir. El içərisində qarmonçalan Kor Əhəd məşhur idi. O, bu alətdə cüzi dəyişiklik etməklə onu milli musiqimizin əvəzsiz bir aləti kimi şöhrətləndirmişdir. Ondan sonra bir-çox cavanlar da bu alətdə xalq mahnılarını, el havalarını məharətlə çalaraq, xalqın ürəyinə yol tapmışdılar. Teyyub Dəmirovun adı dillər əzbəri olmuşdu. Sonralar Məmmədağa və başqaları da xalq tərəfindən minnətdarlıqla   qarşılanırdı. Hələ uşaqlıq illərindən respublikada keçirilən bütün olimpiada və festivallarda öz qarmonu ilə çıxış edən və yüksək mükafatlar qazanmış Mirzəyev bu gün vətənindən daha uzaqlarda böyük mükafatlara layiq görülür. Son illər ərzində onun qarmonunun səsi 24 ölkəyə yayılmışdır. Əfqanıstanda, Hindistanda, Polşada, Macarıstanda, Livanda, Malidə və başqa Avropa və Asiya ölkələrində milyonlarla tamaşaçıların alqışlarını qazanmışdır, 1982-ci ildə Vyetnamdakı çıxışı möcüzəyə çevrilmişdi. 0, Vyetnamın fəxri vətəndaşı adına layiq görülmüşdü. Zakir 1979-cu ildə Brüsseldə keçirilmiş dünya musiqiçilərinin müsabiqəsində də iştirak etmişdir. Buraya dünyanın hər tərəfindən ustad sənətkarlar toplaşmışdı. Onlardan hər birinin çıxışı fövqəladə bir hadisəyə çevrildi. Zakir bu müsabiqə barədə belə deyirdi: «Mən müsabiqədə çıxış edənləri dinlədikcə fikirləşirdim ki, mən necə eləyim ki, salondakıları heyrətləndirə bilim. Çox fikirləşəndən sonra belə qərara gəldim ki, ifa zamanı gözlənilmədən qarmonu çevirib sol əlimlə çalım. Elə etdim. Birdən salonda elə gurultu qopdu ki, özüm məəttəl qaldım. Bu alqışlar barmaqlarıma sanki təzə qüvvət verdi, daha həvəslə çalmağa davam etdim. Çalıb qurtarandan sonra da məni səhnədən buraxmaq istəmirdi. Mənim belə çalğım qarmon tarixində ilk möcüzə oldu bütün avropalıları heyrətə saldı». Zakir Mirzəyev bu müsabiqədən qızıl medalla qayıtmışdı. Onun Avropaya son səfəri bu il may ayında olmuşdu. Üzeyir Hacıbəyovun Vyana şəhərində heykəlinin açılışı, olmalı idi.Azərbaycandan Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev başda olmaqla oraya bir nümayəndə heyəti getmişdi. Zakir onun tərkibində idi. Başqa yerlərdən oraya nümayəndələr gəlmişdi. Zakir rəsmi hissədən sonra öz qarmonu ilə çıxış etmişdi. O, qarmonda Motsartın «Türk marşı» ifa etmiş tamaşaçıların gurultulu sürəkli alqışlarını qazanmışdı. Vyana əyalət parlamentinin sədri Stübenballa öz heyrətini bildirərək demişdi:

- Mən bu vaxtadək Motsartın əsərinin qarmonla ifa edilməsini görmüş, eşitmişdim.

Bunlardan başqa Zakirin Tehranda, Təbrizdə, İsfahandakı çıxışları da həmişə alqışlarla qarşılanırdı. Təbrizdə fars dilində dərc edilən qəzetlərdən biri «Fars Azərbaycan» qəzeti 1993-cü il qastrol zamanı Zakirin çıxışlarına belə qiymət vermişdi: «Ürəyi çırpmır barmaqlarında» adlı məqalədə yazılmışdı: «Zakir Mirzəyev bu gün öz qarmonunu dilə gətirərkən, sanki ulu dağlarımızm seyrinə düşürük. Savalanın saysız-hesabsız tarixi kitablarını vərəqləyib qəhrəmanlıq rəmzini öyrənirik. Musiqinin uca zirvəsində Şəhriyarın ürək döyüntülərini, eşidirik, onun pıçıltılarından ürəyimiz kövrəlir, bayatımız ağıya, ağımız isə fəryada çevrilir». Tehranın «Əxbar» qəzeti isə Zakir sənətinə daha yiiksək qiymət verərək yazırdı: «İranda qarmon heç zaman tək bir alət kimi səhnəyə yol tapmamışdı. Ancaq «Rudəki» salonunda iki gecə verilən konsert sübut etdi ki, bu alət haqqında çox söz demək olar». Axır illərdə Zakir Mirzəyevin görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovla yaradıcılıq əməkdaşlığı bu mahir ifaçının yaradıcılığında tamamilə yeni imkanlar açmışdır. Bəstəkarın simfonik orkestr üçün yazdığı konsertin qarmon üçün işlədiyi variantda Zakirin çıxış etməsi musiqi tariximizdə yeni bir hadisə olmuşdu. Bu konsert qarmonun orkestr ilə vəhdət təşkil edə biləcəyinə parlaq bir sübutdur. Zakir Mirzəyev ifaçılıqla yanaşı elmi tədqiqat işi ilə məşğuldur. O, bu yaxınlarda qarmon ifaçılığı haqqında dissertasiyada müdafiə edib, sənətşünaslıq elmlər namizədi elmi adına layiq görülmüşdür. Püxtələşmiş sənətkar musiqi tariximizdə özünə layiq fəxri bir yer tutur.

 

Mədəniyyət.- 2007.- 16 fevral.- S. 6.