"Ermənistanın daxili işlərinə təsir edə bilmirik"

      Əbülfəs Qarayev: "İdeoloji müharibə hələ davam edəcək"

       

      "Ermənilərin İrəvanda Şuşanın işğalı ilə bağlı tarixi abidə qoyacaqlarına qarşı münasibət bildirməyə heç bir ehtiyac yoxdur". Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev belə deyib. Nazirin fikrincə, iki ölkə arasında ideoloji müharibə getdiyindən bu kimi halları təəccüblə qarşılamağa ehtiyac yoxdur. Dəfələrlə qeyd etmışəm kı, belə hallara təəcüblənmək lazım deyil. Əslində bu, ideoloji müharibənin əlamətidir. Nə qədər ki, bizim musiqi alətlərimiz, tarixi abidələrimiz mənimsəniləcək, o qədər də bu mübarizə davam edəcək. Hər gün onların belə fikirlərini eşidirik". Ə.Qarayev onu da bildirib ki, nazirlik Ermənistanın daxilində baş verənlərə qarışa bilməz: "Əgər bu, beynəlxalq səviyyədə qəbul olunursa, o zaman mədənıyyət və turızmə aid olan hadisələrlə bağlı beynəlxalq qurumlara müraciət edirik. Ermənistanın daxilində baş verdiyi zaman isə təsir edə bilmərik. Bütün bu etirazları Xarici İşlər Nazirliyi beynəlxalq qurumlarla müzakirə edir. Lakin bunu dayandırmaq mümkün deyil". Qarabağla bağlı tədbirlərin müntəzəm keçirilməsinin zəruriliyini vurğulayan nazir keçən il gerçəkləşən "Yaddan çıxmaz Qarabağ" layihəsinin, "Xəcalət" tamaşasının bu istiqamətdə həyata keçirilən tədbirlərdən olduğunu diqqətə çatdırdı: "Şuşanın Azərbaycan xalqına məxsus olduğunu isbat edən materiallar hazırlanmalı və müsabiqlərdə təqdim olunmalıdır".

       

Azad Azərbaycan.- 2007.-  4 fevral.- S. 4.