Milli-mənəvi sərvətimiz olan
muğamlarımız toxunulmazdır
Milli Mədəniyyətin Təbliği
Mərkəzi (MMTM) Azərbaycan
Teleradio Verilişləri
Şirkətinin təşkilatçılığı
ilə "Muğamın
bəzi mətbuat səhifələrində tənqidi
və təbliği"
mövzusunda mətbuat
konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə
çıxış edən
MMTM-nin rəhbəri Arif Mədətov bu günlərdə "Alma" qəzetində dərc olunan "Muğamın qanunu" adlı yazıya iradını bildirib: "Yazıda qeyd olunub ki,
"muğam insanı
düşündürmür, yəni təfəkkürünə
təsir etmir. Muğama qulaq
asıb, ancaq külfətin sayını
çoxaltmaq olar.
Ailəni it ilxısına, köpək sürüsünə
çevirmək olar.
Muğamatın aşıladığı
dünya faniliyinin acısını arvaddan çıxırlar". Bu
sözləri muğam
üçün yazmaq
nə dərəcədə
düzgündür? Muğam bizim sərvətimizdir
və bütün dünyaya səs salıb". Azərbaycan
Teleradio Verilişləri
Şirkətinin əməkdaşı,
musiqişünas Səadət
Təhmirəzqızı da
muğam haqqında bu cür yazılara
qarşı etinasız
qala bilmədiyini vurğulayıb: "Əsrlərin
sınağından çıxaraq,
cilalana-cilalana bu günümüzə gəlib
çatan muğam sənətinin bugünkü
təşəkkülündə müxfəlif dövrlərdə
yaşamış, alim
və mütəfəkkirlərin,
eyni zamanda görkəmli sənətkarlarımızın
çox mühüm xidmətləri
olub. Hər bir Azərbaycan
vətəndaşı daim
muğamın keşiyində
durmalı və bu sərvət qorumalıdır".
Xalq artisti Habil Əliyev, tarzən Ramiz Quliyev, Dünya Azərbaycanlıları Gənclər
Birliyinin rəhbəri
Tofiq Əlizadə çıxışlarında bu
fikirlərin muğama,
ümumilikdə dinimizə,
dilimizə, eləcə
də xalqımıza
yönəlmiş bir
təhqir kimi qiymətləndiriblər.
İki sahil.- 2007.- 16 fevral.- S.6.