Musiqi Mədəniyyət Muzeyi yeni not əlyazmaları əldə edib

 

Bu əsərlərin bəzilərinin 80 yaşı var

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin not əlyazmaları kolleksiyası zənginləşdirilib. Belə ki, bu günlərdə muzey rəhbərliyi Dövlət Rus Dram Teatrından maraqlı materiallar əldə edib. Bunlar uzun illər ərzində teatrın repertuarında yer alan tamaşalara tanınmış bəstəkarlar tərəfindən yazılan musiqilərin not əlyazmalarıdır. Əldə olunmuş yeni kolleksiyalar arasında Ü.Hacıbəyov, Q.Qarayev, S.Hacıbəyov, F.Əmirov, T.Quliyev, A.Əlizadə, X.Mirzəzadə L.Laynşteynə məxsus əlyazmaların həm orijinalı, həm surətləri var.

Muzeyin direktoru Alla Bayramovanın sözlərinə görə, bu əsərlər indiyədək Rus Dram Teatrının kitabxanasında saxlanılıb: «Teatrda aparılan təmir işləri ilə əlaqədar kollektiv müvəqqəti başqa yerə köçməli olub. Əlyazmaları isə bizə hədiyyə veriblər».

Qeyd edək ki, daxil olmuş nadir əlyazmaların 15-80 il yaşı var. Məsələn, Üzeyir Hacıbəyovun «Ləzgi» rəqsinin notları 1932-ci il, Fikrət Əmirovun not yazılarından biri isə 1950-ci ilə aiddir. Onu da nəzərinizə çatdıraq ki, müəllif əlyazmalarından bəziləri nəşr olunmayıb. Alla xanım dedi ki, bu əlyazmaların tezliklə yayılması təbliğ olunması üzərində gedir: «Biz onları sistemləşdirəcək bərpa edəcəyik. Yeni əldə etdiyimiz not əlyazmalarının səsləndirilməsiylə bağlı Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyovaya müraciət etmişik. Ondan xahiş etmişik ki, bu əsərləri ifa eləsin».

Yeri gəlmişkən, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 40 illik yubileyi yaxınlaşır. Bununla bağlı muzey rəhbərliyi silsilə tədbirlərin keçirilməsini planlaşdırır. Onların arasında yeni veb-saytın təqdimatı, bəstəkar musiqilərindən ibarət disk muzeyin tarixini əks etdirən kitabın nəşri nəzərdə tutulub.

 

Gündəlik Azərbaycan.-2007.-14 fevral.-S.14.