Nəcəfxanlı Ə.

 

Sumqayıtda I Azərbaycan Musiqi Festivalı uğurla keçdi

 

Məlum oldğu kimi, gələn il Azərbaycanda bəstəkarlıq məktəbinin yaranmasının və “Leyli və Məcnun” operasının səhnəyə qoyulumasının 100 ili tamam olur. Bu məqsədlə Mədəniyyət Turizm Nazirliyi ölkənin bütün regionlarında aparıcı musiqi kollektivlərinin iştirakı ilə I Azərbaycan Musiqi Festivalının keçirilməsini qərara almışdır. Bakıdan başlanan festival 4 gün ərzində Sumqayıtda davam etmişdir.
Kimyaçıların S.Vurğun adına mədəniyyət sarayında təntənəli açılış mərasimi keçirilmişdir. Sarayın foyesində XX əsr musiqi mədəniyyətinin görkəmli nümayəndələrinə musiqi tariximizə həsr edilmiş səyyar foto-sərgi təşkil olunmuşdur. Mərasimdə mədəniyyət turizm nazirliyinin məsul işçisi Fərəh Əliyeva Sumqayıt şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Natiq Rəsulov ölkədə mədəni irsin qorunmasında bu tədbirin önəmini vurğulamışlar. Qeyd edilmişdir ki, bütün bölgələrdə keçiriləcək bu festivaldan əsas məqsəd milli musiqi nailiyyətlərimizi, ifaçılıq məktəblərinin uğurlarını təbliğ etmək, həmçinin ifaçıların daha çox Azərbaycan musiqisinə cəlbolunmasına nail olmaqdır.
Tədbir Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir HacıbəyovunKoroğluüvertürası ilə açılmışdır. Sonra orkestrin Fikrət Əmirov adına mahnı rəqs ansamblının ifasında dahi Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.
Festival çərçivəsində sonrakı günlərdə Bülbül adına 2 saylı incəsənət məktəbində digər mədəniyyət ocaqlarında yaddaqalan konsertlər verilmişdir. Festivalın sosnuncu günündə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı aktyorlarının ifasında Süleyman Ələsgərov İsi MəlikzadəninHərənin öz ulduzuiki pərdəli musiqili komediya göstərilmişdir.
Sumqayıt şəhərinin geniş ictimaiyyəti festivalın yüksək səviyyədə təşkilindən peşəkar kollektivlərin çıxışlarından razı qalmışdır.
 

Xalq qəzeti.-2007.-14 fevral.-S.6.