Nəzakət

 

Novatorçu bəstəkarın doğum günü qeyd olundu

 

 Tədbiri giriş sözü   ilə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli açaraq, Süleyman Ələsgərovun yaradıcılıq yolundan danışdı. Azərbaycan musiqi sənəti tarixinə müxtəlif janrda,    olan   professional  əsərləri bəxs edən Süleyman Ələsgərov dirijor, bəstəkar, pedaqoq kimi çalışmış, hər sahədə böyük uğurlar əldə edə bilmişdir. Onun akademik səviyyədə yazdığı musiqi əsərləri müxtəlif teatr səhnələrində oynanılmış, yüksək səviyyəli yaradıcılığının nəticəsi    olaraq, uzun illər repurtuarlardan düşməmişdir. Elə bu gün onun əsərlərinə mütaciət olunub səhnələşdirilir". Səyavuş Kərimli bəstəkarın mahnı, operetta, tar ilə orkestr üçün işləmələri, konsertləri ya digər musiqi əsərlərinin klassikliyini vurğulayıb, onun yaradıcılıq yolunu davam etdirən şəxslərimiz Süleyman Ələsgərov məktəbindən bəhrələndiyini vurğuladı. Süleyman Ələsgərov Musiqili Komediya Teatrında 11 il müddətində dirijor baş dirijor vəzifəsində çalışmış, bu zaman kəsiyində sənətkar Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", "Ər arvad", Fikrət Əmirovun "Ürək çalanlar", "Qızılgül", Səid Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", Hacı Xanməmmədovun "Bir dəqiqə" əsərlərini Musiqili Komediya Teatrının səhnəsində tamaşaya hazırlamışdır. Süleyman Ələsgərov bir-birinin ardınca "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu", "Hardasan, ay subaylıq?", "Həmişəxanım", “Gurultulu məhəbbət”, "Subaylarımız üçün olsun" kimi musiqili komediyaların müıəllifinə çevrilir. Bu tamaşaların hər biri orijinallığı baxımından, uzun illər səhnədən düşməmiş bəstəkarın adı sənət tariximizdə əbədiləşmişdir. Uzun illər Bakı Musiqi Akademiyasında Xalq Çalğı Alətləri Kafedrasının müdiri olan sənətkar pedaqoji sahədə uğurlar əldə etməklə yanaşı, sənət aləminə çoxlu sayda ifaçılar nəsli yetişdirmişdir.

Tədbirdə Süleyman Ələsgərov fondunun sədri Cabir İmanov çıxış edərək, babasının Azərbaycan klassik musiqisinə həsr etdiyi ömür yoluna qısa da olsa nəzər salıb, onun xatirəsini əbədiləşdirmək ruhunu yaşatmaq məqsədilə fondun fəaliyyətə başladığı zamandan bu günə qədər, xalq musiqisi sənətində uğurlar əldə edən gənclərə mükafatların təqdim olunmasını vurğuladı. Bu il Süleyman Ələsgərov fondun ənənəsinə sadiq olaraq, Azərbaycan Milli Konservatoriyasında təhsil alan tədris zamanı fərqlənən beş tələbəyə mükafatlar təqdim edildi. Tədbirdə qaliblər mükafatlandırıldıqdan sonra, bədii hissə başlandı. Bədii hissədə Süleyman Ələsgərovun bəstələdiyi musiqi nömrələrindən parçalar milli konservatoriyanın tələbələrinin ifasında təqdim olundu. Qeyd edim ki, ifaçıları Fikrət Əmirov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edirdi.

 

Səs.- 2007.- 23 fevral.- S. 12.