Əlisa N.
Dünya musiqisinin 25 ən parlaq
incisi
25. Süleyman Ələsgərov,
“Yada düşdü” və “Göygöl” romansları.
İndi artıq bu
cür zərif, bu cür orijinai və təravətli
musiqilər yaranmır. Çünki onlan yarada bilənlərin
özləri yaranmır. Ümumiyyətlə, musiqinin və
mədəniyyətin bütün sahələrində intibah
üçün mütləq hansı bir dahinin nəhəng
fiquru mövcud olmalıdır. Füzuli ətrafında və
ardınca onlarla füzuliyanə yaradanlar, yaxud Mirzə
Fətəli Axundovdan sonra o dəqiqə onun istedadlı
davamçıları əmələ gəldi. Öz-özlüyündə,
ümumiyyətlə, müstəsna bir hadisə olan Üzeyir
Hacıbəyovdan üzü bəri dərhal musiqinin
çiçəklənməsi, özü də sanki bir
gecədə çiçəkənməsi baş verdi
və nəticədə D.Şostakoviçi belə,
Azərbaycan peşəkar musiqi mədəniyyəti
haqqında "Əla bəstəkarlıq məktəbi"
adlı böyük məqalə yazmağa məcbur etdi. Bu
çiçəkiənən musiqi gülüstanının
parlaq nümayəndələrindən biri də
şuşalı Süleyman Ələsgərov idi. O, sonralar
bfr neçə opera və çoxlu sayda operrettalar
yaratdı. Lakin şəxsən bizim yadımızda məhz həmin iki romansı ilə yaşayır.
Onların hər ikisi
bəstəkarın gənclik
illərinin yadigarıdır.'Yada
düşdü" böyük
Cəfər Cabbarlının
sözlərinə yazılınışdır.
Gördüm üzünü,
bağçada laləm
yada düşdü, öpdüm yanağın,
bal kimi ağzım
dada düşdü. Dahi Bülbül
bu sadə, səmimi və ürəkdən gələn
sözləri gənc
Süleyman Ələsgərovun
istedadı ilə ruh kəsb edən
əsərini necə
ilhamla, eşqlə ifa edir. Romans təbii ki,
aşiqin dilindən yazılıb və onun əlçatmaz gözəlinə həsr
olunub. Burada həm sevgi
coşqunluğu, həm
də gözəliiyə
çatmağın əlçatmazlığın
kədəri əks olunub. Bir yandan aşiq
xoşbəxtdir, göylərdə
pərvaz edir, bir yandan da
gözələ çatmağın
müşküllüyündən şikayət edir. Bütün bu hissləri, bu təzadları bəstəkar necə bir ustalıqla, necə həzin və lirik melodiyaiarla
əks etdirir və romans bitəndən sonra insanın qəibində işıqlı, parlaq bir ağrı və peşmanlıq qalır. "Göy-Göl" romansı
da həmin illərdə yazılıb.
Sözləri indi adı unudulan Ələkbər Ziyataya məxsusdur. Bir gəlinsən, min rəng vurmuş rəssamın sənə...
Beləcə, bəstəkar
hədsiz bir coşqunluq və dərin təəssüratla
təbiətin incə
bir məxluqu olan Göy-Gölü vəsf edir. Biz bu gözəlliyyin
qoynunda qərq oluruq. Bəstəkarın coşqun hissiyyatı
lirik dalğalarla sanki bizi alıb
aparır. Bu dalğalar
gah şahə qalxır, gah enir və romans
başa çatanda adam sanki
sehirli bir aləmdən, sehrli bir yuxudan ayılır.
Bununla da biz bu silsiləmizə
son qoyuruq. Lakin dünya
musiqisinin inciləri əlbəttə, bu siyahı ilə bitmir. Hələ nə qədər
gözəl musiqi əsərləri qalır
ki, onları da təsvir və təbliğ etmək lazımdır.
Lakin bu missiya yəqin
ki, başqa, hansı bir dəli musiqisevərinsə
boynuna düşür.
Hürriyyət.- 2007.- 18-20 fevral.- S. 13.