Nüşabə

 

“Sarı gəlin”in sarı simi

 

Bizim musiqilərimiz isə istər erməni, istərsə də digər xalqların ifaçılarının albomunda ən yaxşı halda anonim kimi yer alır. Bəzən

isə albomu buraxan musiqi şirkəti həmin mahnının öz həmvətəninin yaradıcılıq məhsulu olduğunu iddia edir. Bizim başıbəlalı xalq mahnımız "Sarı gəlin"dir ki, ermənilər bu musiqinin onlara aid olduğunu dönə-dönə vurğulayır. Hətta müxtəlif dünya səviyyəli müsabiqələrdə, konsertlərdə ermənilər bu mahnını böyük bir həvəslə öz dillərində ifa edirlər. Musiqimizin ermənilər tərəfindən mənimsənilməsinə bir sıra hallarda biganə qalan isə qardaş Türkiyədə fəaliyyət göstərən bəzi musiqi şirkətləridir. Bildiyiniz kimi türk musiqi şirkətləri istehsal olunan hər bir albomu onlarla Avropa ölkəsinə çıxara bilir. Bəzi hallarda isə bu audivizual məhsullar fərdi qayda da dünyanın bir çox ölkələrinə gedib çıxır. Qeyd edək ki, Azərbaycan bəstəkarlarının, xalq mahnılarının ifaçıları olan türk müğənniləri öz albomlarında, kliplərində mahnının müəlliflərini nədənsə bəyan etməkdən imtina edirlər. Bunun əsas səbəblərindən biri isə müəllifə çatacaq qonorardır. Yəni, bizim mahnılarla populyarlıq qazanan türk müğənniləri əldə etdikləri gəliri mahnının əsil müəllifi ilə bölmək istəmir. Buna görə , vəziyyətdən çıxış olaraq audio video məhsulların üzərində mahnının müəllifi anonim olaraq yazılır. Deməli, bu zaman hər hansı bir Azərbaycan mahnısının tanınması baş tutmur. Bu zaman isə üzdəniraq qonşularımız həmin ölkələrdə müəllifi bəlli olmayan Azərbaycan musiqisinin hazır "müəllifi" çevrilir. Yenə qayıdaq "Sarı gəlin" mahnısına. Yadıma gəlir ki,. xalq musiqisi ilə bağlı muğam ifaçılarımızla apardığımız müsahibələrin birində sənət adamları qeyd etmişdilər ki, erməni dilində "sarı" və "gəlin" kəlmələri yoxdur. Amma bu gün onlar bu kəlmələrlə bir çox dünya ölkələrində səhnədə bu mahnını həyasızcasına ifa edirlər. Bizirn müğənnilər isə qalırlar kənarda. Qeyd edək ki, bu xalq mahnımız türk qardaşlarımızın repeıtuarında da geniş yer tutur. Xüsusilə, Türkiyənin Ərzurum hissəsində "Sarı gəlin" bir qədər başqa formada ifa edilir. bu mahnı xalq mahnısı kimi deyil, ezgilər şəklində dinləyicilərə təqdim olunur. Amma daha öncələr türk telekanallarında bizim bu ya başqa xalq mahnılarımız müəllifi bəlli olmayan əsərlər qismində türk dinləyicilərinə təqdim olunurdu. Bir neçə gün öncə isə Türkiyənin 'TRT1" telekanalı bu ənənə"ni pozdu. Xor kopellası ilə birgə türk müğənniləri tərəfindən ifa olunan "Sarı gəlin" türk tamaşaçısına titrlər vasitəsilə belə təqdim olundu: "Sarı gəlin" Azərbaycan xalq mahnısı". Mahnının solo ifaçıları isə Adilə Kurt Karatepe Aysun Gültəkin idi. Görəsən, uzun bir zaman kəsiyinə qədər azərbaycanlı müəlliflərin hüquqlarını tanımaq istəməyən türklər niyə birdən-birə bu addımı atdılar? Səbəbi isə son zamanlar türk mətbuatının prioritet mövzusu olan erməni jurnalistinin ölümüdür. Konkret desək, səbəb hər bir erməninin dəfn mərasimində səslənən "Sarı gəlin"dir. Bu dəfn mərasimində ermənilər bu mahnını məhz özlərinin milli musiqisi kimi təqdim etdilər. Sən demə türk həmrəyliyi üçün hər hansı bir erməninin öldürülməsi, onun dəfnin isə məhz həmin mahnının səsləndirilməsi vacibmiş. Sən demə, bundan sonra türklər başa düşəcəklərmiş ki, bu erməni deyilən millət göründü kimi məzlum deyilmiş. Sən demə, bu hadisə sevilən türk sənətçisi Bülent Ərsoyun "erməni kimi üstümə-üstümə gəlmə" fikirlərini səsləndirməsinə səbəb oldu. Çünki, həm türk, həm azəri xalqlarının ortaq musiqisinə ermənilərin əl uzadaraq yiyələnməsi faktı məhz belə ortaya çıxa bilərdi. Türklər bu hadisənin tam mahiyyətini başa düşdükdən sonra anladılar ki, "erməni soyqırımı qapazı" da onların başına elə-belə vurulmur. İndi onlar sayıqlığı daha da artırmalı cür həssas məsələdə bizimlə həmrəylik nümayiş etdirməlidir. Əks təqdirdə hər hansı erməni iddiaları qarşısında bizim kimi Türkiyə bəzən çaş-baş qala bilər.

 

Palitra.- 2007.- 2 fevral.- S. 8