Sabirqizi Ü.

 

Azərbaycan musiqi təhsilində analoqu olmayan metodika

 

Məryəm Babayeva: «Bu üsul tibblə vokalın vəhdətini təşkil edir»

  DOSYE:Məryəm Babayeva uşaqlıqdan musiqi duyumu ilə həmyaşıdlarından fərqlənib. İncəsənət sahəsinə olan meyli onu o vaxtkı Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasına gətirib çıxarıb. 1988-ci ildə bu təhsil ocağını bitirən müsahibimiz savad arxasınca Moskvaya gedib. Hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində, Bakı Musiqi Akademiyasında, Mədəniyyət İncəsənət Universitetində dərs deyir. Bakı Musiqi Akademiyasının dissertantıdır. Professor Ramiz Zöhrabovun rəhbərliyi altında «Rəşid Behbudovun ifaçılıq üslubu» adlı elmi üzərində işləyir.

Bu günkü qonağımız şou-biznes aləmindən uzaq olsa da, musiqi ilə birbaşa əlaqəsi olan bir xanımdır. O, eyni zamanda üç təhsil ocağının pedaqoqudur. Amma bizim diqqətimizi çəkən bu deyil, Məryəm Babayevanın tələbələrinə öyrətdiyi «səsin quruluşu fənni»ndən söhbət açmaq istəyirik. Ən maraqlısı budur ki, Məryəm xanım sözügedən üsulla Azərbaycanda dərs deyən yeganə müəllimədir.

 

- Məryəm xanım, «səsin quruluşu metodikası» adlanan qeyri-adi üsulla dərs deyirsiniz. Bu metodikanı kimdən öyrənmisiniz?

- Konservatoriyanı bitirib Moskvaya getdim. Orada aspiranturaya qəbul olunmaq istəyirdim. Əfsuslar olsun ki, arzuma çatmadım. Tale elə gətirdi ki, ailə həyatı qurdum Moskvada qaldım. Lakin təsadüfən bir insanla tanış oldum. Həmin şəxs o vaxtkı Leninqrad, indiki Sankt-Peterburq Konservatoriyasının professoru, alim-tədqiqatçı Viktor Vadimoviç Yemelyanovun tələbəsi idi. Onun sayəsində Yemelyanovun dərslərində iştirak etdim. Bu müəllimin dərs üsulu mənə çox maraqlı gəldi. Düşündüm ki, bu, maraqlı lazımlı metodikadır. Sonralar Moskva Musiqi Akademiyasının nəzdində Yemelyanov şəxsi yaradıcılq laboratoriyasını açdı mən Moskvanın Təhsil Departamentinin göndərişi ilə onun sinfində təhsil aldım.

- Yemelyanovun dərs üsulunun fərqliliyi nədədir ki?

- Bu, Yemelyanovun elmi işidir. Bunun nəinki Azərbaycanda, Rusiyanın özündə analoqu yoxdur. Fərqliliyi ondadır ki, bu metodika tiblə vokalın vəhdətini təşkil edir. Şəxsən mən öz pedaqoji praktikamda bu üsuldan  istifadə eləyirəm. Dərs üsulu müalicəvi məşğələlərdən ibarətdir. Yəni iynə-dərmansız səsi müalicə edir. «Səsin quruluşu metodikası» özlüyündə müalicəvi xüsusiyyətləri olduğuna görə həm oxumağı öyrədir, həm səsin sağlamlığını qoruyur. Bu məşğələlər faringit, laringit kimi boğaz xəstəliklərinin profilaktikasını təşkil edir.

- Belə başa düşdük ki, sözügedən metodika ilə boğazı müalicə etmək olar?

- Bəli, olar. Tibb sahəsində səslə məşğul olan bir sahə var, foniatriya adlanır. Belə deyək , bu metodika foniatriyanın bir növüdür. Təsadüfi deyil ki, Yemelyanovun elmi işi «Fonopedik üsul ilə səsin inkişafı» adlanır.

- Məryəm xanım, tələbələriniz arasında bu üsul sistemi ilə dərs dediyiniz məşhur müğənnilər var?

- İlahə Fəda ilə bu üsulla məşğul oluram. 2003-cü ildə onunla konsert hazırlamışdıq. Ağaverdi Paşayevin rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Orkestrinin müşayiətilə Dövlət Filarmoniyasında çıxış etmişdi. Hazırda İlahə Fəda ilə növbəti konsert üzərində işləyirik. Bu dəfə Kamera Orkestrinin müşayiəti ilə çıxış edəcək. Əməkdar artist Gülüstan Əliyeva ilə məşğul olmuşam. Bir çox gənc müğənnilərə vokalın sirlərini öyrətmişəm. Yeganə, Gülşənlə işləyirəm.

- Neçə ildir bu metodikanı tələbələrinizə öyrədirsiniz?

- İlk dəfə bu fənni Moskvada çalışdığım təhsil ocaqlarında tədris etmişəm. Sonralar Bakıya qayıtdım 2002-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyirəm. Bu kollektivin rəhbərliyinə çox minnətdaram. Birinci dəfə bu metodikadan məhz burada istifadə etdim. Kollektivdən dəstək gördüm. 2004-cü ildən Milli Konservatoriyanın xanəndə kafedrasında mahnı romans ifaçılığı fənnindən dərs deyirəm. Ötən ildən isə Mədəniyyət İncəsənət Universitetinin estrada kafedrasında çalışıram.

- Üç təhsil ocağında fəaliyyət göstərirsiniz. Gələcəyinə ümid bəslədiyiniz tələbələriniz varmı?

- Təbii, gələcəyinə ümid bəslədiyim tələbələrim var. Məsələn, Bülbül adına orta ixtisas musiqi məktəbində Fatimə Cəfərzadə adlı bir tələbəm var. Balaca olmağına baxmayaraq, çox istedadlıdır. 6 yaşından mənim sinfimdə oxuyur. Böyük sənətkarların repertuarlarından əsərlər ifa eləyir. Nəzrin Zərbəliyeva adlı tələbəmə böyük ümidlər bəsləyirəm. Onların hər ikisi ÜNS Yaradıcılıq Teatrı səhnəsində çalışırlar.

- Məryəm xanım, siz həm «Sınaq» telelayihəsində vokal müəllimisiniz. Orada da iştirakçılara eyni üsulu öyrədirsiniz?

- Bəli, onlarla da eyni metodika ilə dərs keçirəm. Bildiyiniz kimi, «Sınaq» müsabiqəsi «Azəri star prodakşn»ın layihəsidir. Keçən il «Azəri- star» müsabiqəsində iştirakçılarla vokaldan məşğul olmuşam. Orada çox istedadlı uşaqlar vardı.

- Heç onlardan hansısa sizə müraciət edib ki, onunla məşğul olasınız?

- «Azəri star»ın finalçısı Kamran İsmayılova 2002-ci ildən dərs deyirəm. Musiqi təhsili yoxdur, vokalın əlifbasını məndən öyrənib. Kəmalə Qaramollayeva, Esmira Rzayeva Mədəniyyət İncəsənət Universitetində tələbələrimdir. «Sınaq»a gəlincə, bu, sırf musiqi layihəsi deyil. Burada uşaqlar 4 nominasiya üzrə yarışırlar. Aralarında öz vokal təhsilini davam etdirmək istəyənlər var. Layihədən sonra onlarla məşğul olacağam.

- İstənilən yenilik birmənalı qarşılanmır. Maraqlıdır, sizin dərs üsulunuzu qəbul etməyənlər var?

- Yəqin ki, var. Lakin mən bu metodikanın müsbət nəticəsini görmüşəm. Öz üzərimdə sınamışam, sonra isə tələbələrimə öyrətmişəm. Əminliklə deyə bilərəm ki, bu metodikadan həm akademik vokalçılar, həm estrada müğənniləri, həm xanəndələr istifadə edə bilərlər. Hər bir janrda çalışan müğənni «səsin quruluşu metodikası»ndan yararlana bilər. Bu metodikanın bir fərqliliyi budur.

- Deməli, heç kim sizə öz iradını bildirməyib?

- Yox, irad tutan olmayıb. Yenə deyirəm, istər musiqi ocaqlarında, istərsə özəl tələbələrim ümidlərimi doğruldublar. Əgər nəticə müsbət olmasaydı, yəqin ki, keçdiyim dərs üsulunu tənqid edərdilər. 2001-ci ildə Moskvadan Azərbaycana qayıdanda Bakı Musiqi Akademiyasının vokal kafedrasının müdiri Xuraman Qasımovadan dəstək gördüm, ona çox minnətdaram. Akademiyanın rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rəhbəri Siyavuş Kərimi mənə dəstək oldular. Fürsətdən istifadə edib, onlara təşəkkür edirəm.

- Moskvada təhsil alan, analoqu olmayan bir üsulla dərs deyən Məryəm Babayevanı musiqi təhsil sistemimiz qane edir?

- İstərdim ki, vokal müəllimləri bir az diqqətli olsunlar. Məsuliyyəti hiss etsinlər. Çünki vokal müəlliminin işi zərgərin işinə bərabərdir, incə mürəkkəbdir. Hərdən elə uşaqla rastlaşıram ki, görürəm səsi var. Ancaq onun səsini düzgün yönləndirməyiblər, səsi üzərində düzgün işləməyiblər. Bu səbəbdən səhhətində problem yaranıb. Vokal müəllimləri səslə ehtiyatlı davranmalıdırlar. Xüsusən səsi düzgün istiqamətləndirilməyən qadınlarda ginekoloji problemlər əmələ gələ bilər. Odur ki,

müəllimlərimizdən bunları nəzərə almaqlarını tövsiyə edərdim.

 

Gündəlik Azərbaycan.- 2007.- 7 fevral.- S. 14.