Salmanov R.
Çətin yolun uğurlu
başlanğıcı
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban Əliyevanın təşəbbüsü
ilə"Space" telekanalında təşkil olunmuş
televiziya muğam müsabiqəsinə ötən il yekun
vurulsa da, ondan alınan xoş təəssürat
müsabiqəni həvəslə izləmiş muğamsevər
tamaşaçıların xatirindən hələ də
silinməmişdir. Bu müsabiqənin dəyəri
təkcə gənc istedadların üzə
çıxarılması ilə bitmədi, eləcə
də ulu muğam sənətimizin ölməzliyinə,
ifaları ilə ürəkləri riqqətə gətirən,
dünyasını dəyişmiş neçə-neçə
ustad xanəndə və ifaçıların, qəzəlxan
şairlərimizin ruhunu şad etdi.
Bu müsabiqə
ölkəmizin müxtəlif bölgələrindən
500-ə yaxın gənc xanəndəyə öz
bacarığını nümayiş etdirmək imkanı
verdi. Respublikanın ən tanınmış, ustad
xanəndə və ifaçılarının
münsiflər heyətinin tərkibinə daxil olması
rnüsabiqənin obyektiv keçəcəyinə xalqda tam
əminlik yaratdı. Məhz bu obyektivliyin nəticəsi idi ki,
öz məlahətli səsi, ifaçılıq məharəti
ilə seçilən 20 gənc xanəndə
müsabiqənin final mərhələsində iştirak
etmək hüququ qazandı. Ritmik muğamlar, xalq
mahnıları, M.Füzuli, S.Ə.Şirvani, Ə.Vahid,
H.Qəni qəzəliyyatına həsr olunmuş muğam
həftələri geniş tamaşaçı
auditoriyasında bu müsabiqəyə sonsuz maraq oyatdı,
günü-gündən geniş vüsət alan
müsabiqə sənətə yenicə qədəm qoyan
gənc ifaçılara populyarlıq, şöhrət
qazandırdı. Vəfa Orucovanın, Babək Niftəliyevin,
Təyyar Bayramovun, Elnur Zeynalovun, Elşad Aydınoğlu və
digər müsabiqə iştirakçılarının
adlarını artıq xalq əzbər bilir. Onların vaxtaşırı
"Space" telekanalında yayımlanan
çıxışlarını bu gün də
tamaşaçılar maraqla izləyir.
YUNESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın bilavasitə dəstəyi və
təşəbbüsü ilə muğam mərkəzinin
inşa olunması, "Qarabağ xanəndələri"
albomunun işıq üzü görməsi, gənc
istedadlara, qocaman incəsənət xadimlərinə
göstərilən diqqət və qayğı, eləcə
də muğam müsabiqəsinin keçirilməsi
təkcə muğam sənətimizin təbliği deyil,
özümüzə, kökümüzə
qayıdışın bir təcəssümüdür.
Münsiflər heyətinin, eləcə də tamaşaçıların yekdil qərarı ilə Təyyar Bayramov müsabiqənin qalibi oldu. Gənc xanəndənin həyatında rnühüm rol oynayan bu müsabiqə gələcək uğurların təməl daşıdır. Onluğa daxil olan qaliblərin ölkəmizin ayrı-ayrı bölgələrində verdikləri konsertləri xalq rəğbətlə qarşıladı. Konsertlərdə qazanılan tamaşaçı alqışları, saysız-hesabsız tər çiçək dəstələri doğma musiqimizə, gənc ifaçılara verilən ən yüksək qiymət idi. Şübhəsiz ki, bu sevincdə gənc xanəndələri ərsəyə gətirən, gecəni gündüzünə qatıb yorulmaq bilmədən onlara dərs deyən sevimli müəllimləri, ustad xanəndələr, xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov və digərlərinin də payı var. Müsabiqə iştirakçılarının çoxu musiqi məktəbi, lisey və akademiyanın tələbələri olsalar da, bu müsabiqə gənc xanəndələrin peşəkar yaradıcılıq yollarına bir işıq saldı. Respublikanın müxtəlif tanınmış musiqi kollektivlərinə dəvət alanlar da az olmadı. Belə ifaçılardan biri də Muğam müsabiqəsinin qalibi, səsi, səhnə mədəniyyəti, eləcə də ifaçılıq məharəti ilə seçilən, artıq Opera və Balet Teatrının solisti olan, Milli Musiqi Akademiyasının tələbəsi, gənc xanəndə Təyyar Bayramovdur.
1970-ci ildə Ağdam şəhərində dünyaya göz açmış Təyyar Bayramov hələ uşaq ikən musiqiyə həvəs göstərirdi. Atası ixtisasca mühasib olsa da, musiqiyə, xüsusən də muğam sənətinə rəğbətli bir insan idi. Odur ki, oğlunu tar sinfinə qoyur. Məlahətli, ürək oxşayan səsilə hamının diqqətini özünə cəlb edən Təyyar bir müddət sonra məktəb rəhbərliyinin, valideynləri təkidilə rayon bədii özfəaliyyət kollektivində bir müğənni kinıi fəaliyyət göstərməyə başlayır. Xalq mahnıları, təsnif və muğam ifaçılığında ad çıxarır. Rayonun əksər rnədəni tədbirlərində, muğam müsabiqələrində uğurla çıxış edir.
Bir az keçmiş Qarabağ hadisələri
ilə bağlı olaraq minlərlə ağdamlı
kimi Təyyar Bayramovun ailəsi də Bakıya köçməli olur. Öz doğma yurd-yuvasından didərgin düşmüş
minlərlə soydaşları kimi Təyyar Bayramov da el-oba
xiffətini çəkir.
Elə bu səbəbdən də doğma yurd həsrətilə keçən
uşaqlıq, gənclik həyatının ağrı-acısını mahnıya
çevirib onu yaşatmağa, soydaşlarının
könlünü almağa
çalışır. Repertuarında
şən, lirik mahnılardan daha çox muğam, xalq mahnılarına üstünlük verir. Respublikada keçirilən
gənc ifaçıların muğam
müsabiqələrində uğurla çıxış
edir. Elə bu müsabiqələrin birində də respubilkanın xalq
artisti Mənsum İbrahimov gənc xanəndəni görür.
Oxuduğu "Qarabağ şikəstəsi"ni, "Zabul segah"ı, təsnif və
xalq mahnılarını
bəyənir. M.İbrahimovun təkidi ilə Təyyar Bayramov Asəf Zeynallı
adına musiqi məktəbinə daxil olur. Müəlliminin hər bir göstərişini,
tövsiyəsini layiqincə
yerinə yetirməyə
can atan Təyyar Bayramov öz üzərində yorulmadan çalışır.
Bu gün Təyyar Bayramov artıq Opera və Balet Teatrının
solistidir. Sınaq müddətindo "Leyli və Məcnun" operasında yaratdığı
İbn Solam obrazı teatrın baş rejissoru Hafiz Quliyevin, eləcə də tamaşada tərəf-müqabili olmuş,
Məcnun rolunun ifaçısı, sevimli
müəllimi, xalq artisti Mənsum İbrahimovun ürəyincə
olur. Çox çəkmir ki,
teatrın baş rejissoru Hafiz Quliyev daha mükəmməl bir partiyanı - M.Maqomayevin "Şah"
İsmayıl" operasında
Şah İsmayıl rolunu gənc xanəndəyə həvalə
edir. Dekabrın 27-də tamaşanın premyerası oldu. Respublikanın xalq artisti Əlövsət Sadıqovun
anadan olmasının
100 illiyinə həsr
olunmuş bu tamaşada baş rolda çıxış
etmək gəncin ən böyük arzusu olsa da,
onun məsuliyyətinin
də böyük olduğunu yaxşı dərk edirdi. Vaxtilə bu rolda çıxış
etmiş Hüseynağa
Hacıbababəyov, Əlövsət
Sadıqov, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu,
Rafiq Əliyev kimi ustad ifaçılardan
sonra bu rolda özünü təsdiq etmək çox çətin və şərəfli idi. Havanın yağmurlu və
şaxtalı olmasına
baxmayaraq, həmin gün salon tamaşaçı
ilə dolmuşdu.
Tamaşaya baxan Azərbaycan Bəstəkarlar
İttifaqının katibi,
musiqişünas, professor Ramiz
Zöhrabov Təyyarın
yaradıcılıq imkanlarına
yaxından bələd
olan bir musiqiçi kimi gəncin ilk tamaşada yaratdığı Şah
İsmayıl obrazına
çox yüksək
qiymət verir.
Respublikanın xalq artisti Mənsum İbrahimov:
- Sevinirəm ki, artıq Opera və Balet Teatrı
yeni bir Şah İsmayıl, opera
səhnəsi yeni bir solist, Azərbaycan
muğam ifaçılığı
gözəl bir bir xanəndə qazandı. Yaratdığı
obrazla o artıq öz sözünü dedi. Təyyarın müəllimi kimi
çox sevinirəm ki, çəkdiyim zəhmət hədər getmədi. Təyyar çox zəhmətkeş,
çalışqan oğlandır.
Artıq
o, mənim sənət
yoldaşımdır. Ümid edirəm ki, Təyyar Bayramov opera səhnəsində Məcnunu,
Kərəmi, Aşıq
Qəribi də uğurla oynayacaqdır.
Biz də
inanırıq ki, muğam ifaçılığı
yolunda ilk uğurlu addımlarını atmış
Təyyar Bayramovun istedad və zəhməti onu bu sənətin ən uca zirvələrinə
qaldıracaqdır.
Xalq qəzeti.- 2007.- 11 fevral.- S. 8.