Musiqi Festivalına start verildi

Festivala 2008-ci ildə yekun vurulacaq

 

M.Maqomayev adına Dövlət Filarmoniyasında Musiqi Festivalının açılışı baş tutub. Mədəniyyət Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası Bəstakarlar İttifaqının təşkilatçılığı ilə reallaşan festival Musiqi Teatrının "Leyli Məcnun" operasının 100 illiyinə həsr olunub. Gələn ilin ortalarınadək yekunlaşması nəzərdə tutulan musiqi festivalı respublikanın bütün bölgələrini əhatə edəcək.

Mədəniyyət Turizm Naziri Əbülfəs Qarayev festivalın Azərbaycan musiqisinin inkişafına dəstək verəcəyini söyləyib. Festivalı təşkil etməkdə əsas məqsəd musiqimizi inkişaf etdirməklə yanaşı, tanıtmaq, dünya ictimaiyyətinə geniş şəkildə çatdırmaqdır. "Bölgələrdə yaşayan insanların da musiqinin yaranma tarixini bilməsini, klassiklərimizi, bəstəkarlarımızı tanımalarını istəyirik. Layihə istedadlı, lakin bacarığını göstərməyə imkanı omayan gənclər üçün yeni-yeni qapılar açacaq" - deyən Ə.Qarayev festival ərəfəsində görüləcək işlərdən söz açıb. O, bildirib ki, bir il ərzində musiqiçilərimiz bütün bölgələrə səfər edərək, əyalətdə olan tamaşaçı kütləsi üçün çıxışlar edəcəklər. Musiqi festivalı bölgələrdə yeni musiqiçilərimizin, bəstəkarlarımızın adlarının tanınmasına imkan yaradacaq.

Tədbirin sonunda dahi Üzeyir bəyin "Arşın mal alan" musiqili komediyasından üvertura, Qara Qarayevin "Yeddi gözəl" baletindən rəqs, Müslüm Maqomayevin suitası səsləndirilib.

 

Yeni Azərbaycan.- 2007.- 6 fevral.- S. 8.