Zəhra

 

Muğamı gözdən salmağa çalışanlar milli varlığımıza qəsd edirlər

 

Nüfuzlu sənət adamları və ziyalılar jurnalistləri milli-mədəni irsə münasibətdə daha diqqətli və təəssübkeş olmağa çağırdılar


Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində muğam sənətinə ictimaiyyətin mətbuatın klassik musiqi irsimizə münasibətilə bağlı tədbir keçirilib. Musiqişünas Səadət Təhmirazqızı muğamın Azərbaycan xalqının misilsiz mədəni sərvəti olduğunu önə çəkərək, bu sənət vasitəsilə ölkəmizin xalqımızın dünyada daha geniş tanındığını bildirib. Azərbaycanda son vaxtlar muğama yüksək səviyyədə böyük qayğı göstərildiyini deyən musiqişünas bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunun müstəsna əhəmiyyət daşıdığını qeyd edib. S.Təhmirazqızı muğama qarşı biganə münasibətin, bəzi hallarda cəmiyyət arasında xüsusən mətbuatda bu müqəddəs sənətin ünvanına arzuolunmaz ifadələr işlədilməsinin yolverilməzliyini vurğulayıb. Milli Mədəniyyətin Təbliği Mərkəzinin sədri Arif Mədətov hər bir azərbaycanlının muğamın təəssübünü çəkməli, muğama yönələn hücumların qarşısını tərəddüdsüz almalı olduğunu diqqətə çatdırıb: "Bu yaxınlarda rast gəldiyim bir yazıda təkcə muğamın yox, layla, bayatı janrında olan milli ədəbiyyat nümunələrimizin ünvanına xoşagəlməz sözlərə yer verilmişdi. Biz milli- mədəni sərvətlərimizi düşmənlərdən qorumağa çalışırıq. İndiki halda öz xalqımızın nümayəndəsinin belə fikirləri mətbuat səhifəsinə çıxarması mədəniyyətimizə böyük zərbədir. Biz həmin yazını yazıb qəzetə verən şəxsin kimliyini müəyyənləşdirəcək onunla bağlı məhkəməyə müraciət edəcəyik". Xalq artisti Habil Əliyev media nümayəndələrini məsuliyyətli davranmağa, mədəniyyət nümunələrimizin keşiyində durmağa çağırıb: "Bu cür fikirlər təkcə muğama deyil, bizim dinimizə, dilimizə, adət-ənənələrimizə qarşı təhqirdir". Xalq artisti Ramiz Quliyev muğamı gözdən salmağa çalışanların millətin mənəvi varlığına qəsd etdiklərini dilə gətirib. R.Quliyev sözügedən yazı ilə tanış olduğunu, orada muğam sənətinə düşmən mövqedən yanaşıldığını bununla əlaqədar ciddi ölçü götürülməsinin zəruriliyini qeyd edib. Tədbirdə çıxış edən digər sənətkarlar ziyalılar da ictimaiyyət nümayəndələrini, media təmsilçilərini muğamın müqəddəsliyini qorumağa çağırıblar.

 

525-ci qəzet.- 2007.- 16 fevral.- S. 7.